www.nice.az » Videolar » Kosmosda Namaz qılan Astronavt [Online Video]
Kosmosda Namaz qılan Astronavt [Online Video]
Malayziyalı kosmonavt İslamın əsaslarından olan namazı hətta kosmosda da qılıb.Görüntülərdə kosmik vasitənin içində namaz qılan şəxs malaziyalı astronom professor Muzaffar Şukoridir. Malayziyalı professor Ankarada "Kosmosda 11 Gün" adlı konfransda çıxış edərkən, özündə 10 yaşından kosmos arzusu yarandığını və bu xəyalının 35 yaşında ikən baş tutduğunu deyib. 2006-cı ildə 11 min 435 nəfər arasından seçilərək, Rusiyada astronomiya təhsil aldığını və il yarımdan sonra, kosmosa uçmuş 9-cu müsəlman astronavt olduğunu bildirib.
Kosmosda qaldığı 11 günə dair görüntüləri göstərən professor, orda necə namaz qıldığını da göstərib. Kosmosda 45 dəqiqədən bir günəşin doğub battığını və bu səbəblə orda namaz qılarkən uçduqları ölkənin namaz vaxtlarını əsas aldıqlarını deyib. Qibləyə gəldikdə isə Məkkəni tam müəyyən edə bilmədiyindən dünyaya istiqamətlənib. Muzaffar Şukori kosmosda Uca Yaradanın qüdrətini daha aydın hiss etdiyini də deyib.
Malayziyalı professor deyib ki, yerin cazibə qüvvəsi olmadığı üçün kosmosda insan boyu təxminən 10 santimter daha uzanır və daha tez yaşlanır. Daha da maraqlısı duş almaq da zəruri olmur. Çünki burda tərləmək, habelə hansısa iyi hiss etmək mümkün deyil. Kosmosda bakteriya və kansetogen maddələr də yoxdur. Elə buna görə onun fikrincə xərçəng xəstəliyinin çarəsi kosmosda tapılacaq. Kosmosda yeganə çətinlik yatmaqla bağlıdır. Yerin cazibə qüvvəsi olmadığından kosmonavtlar bel ağrısı yaşayır

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: HiTMaN |
Baxış sayı : 679 |
Rəylərin sayı (9) |
17 fevral 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!