www.nice.az > Proqramlar > Windows 7 Azərbaycan Dili İnterfeysi
Windows 7 Azərbaycan Dili İnterfeysi4 dekabr 2010. Müəllif: NiXaTo |
![]() Yüklə 32 Bit Yüklə 64 Bit Qısa baxış Windows Dil İnterfeys Paketi (LIP) Windows-un ən geniş istifadə olunan sahələrinin qismən tərcüməsini təmin edir. LIP-i quraşdırdıqdan sonra, ustadların mətni, dialoq xanaları, menyular və Kömək və Dəstək mövzuları LIP-nin dilində nümayiş olunacaq. Tərcümə olunmamış mətn Windows 7-nin əsas dilində olacaq. Məsələn, Windows 7-nin ispan dilində versiyasını satın almısınızsa və Katalan dilində LIP quraşdırmısınızsa, bəzi mətnlər ispan dilində qalacaq. Tək bir əsas dil üzərində bir neçə LIP quraşdıra bilərsiniz. Windows LIP-ləri bütün Windows 7 buraxılışlarında quraşdırıla bilər. Sistem tələbləri * Dəstəklənən Əməliyyat Sistemləri: Windows 7 • Microsoft Windows 7 • Windows 7 üçün tələb olunan əsas dilin quraşdırılması: İngili dili, Rus dili • Yükləmə üçün 4.63 Mb boş yer • Quraşdırma üçün 15 Mb boş yer Göstərişlər DİQQƏT: Sizdə BitLocker şifrlənməsi aktivdirsə, lütfən LIP quraşdırmazdan əvvəl onu dayandırın. Control Panel açın, System and Security, daha sonra isə BitLocker Drive Encryption seçin. Suspend Protection üzərində klikləyin. Çünki Windows 7 LIP 32-bit və 64-bit versiyaları üçün ayrıca yükləmələr mövcuddur, yükləməni başlatmazdan əvvəl, Windows 7-nin hansı versiyasını quraşdırdığınızı təyin etməlisiniz: Windows 7-nin hansı versiyasını quraşdırdığınızı belə təyin edə bilərsiniz: Start düyməsini klikləyin, daha sonra Kompüter üzərində sağ ilə klikləyin və Properties seçin. Bu kompüteriniz haqqında əsas məlumatı nümayiş etdirəcək. Sistem növü üçün Sistem bölməsinə baxın. Burada Windows 7 Əməliyyat Sisteminizin 32-bit Əməliyyat Sistemi yoxsa 64-bit Əməliyyat Sistemi olduğunu göstərəcək. 1. Yükləməyə başlamaq üçün bu səhifədəki Download düyməsini klikləyin və yaxud aşağı açılan siyahıdan başqa dil seçib Go əmrini klikləyin. 2. Aşağıdakılardan birini icra edin: * Quraşdırmanı dərhal başlamaq üçün Open və ya Run this program from its current location əmrini klikləyin. * Sonra quraşdırmaq üçün yükləməni kompüterinizdə saxlamaq məqsədilə Save və ya Save this program to disk əmrini klikləyin. |