www.nice.az > Proqramlar > Gizli qovluq CS

Gizli qovluq CS


22 noyabr 2010. Müəllif: Delphi7
Gizli qovluq CS


Bu proqram sizin gizli qovluğlarınıza şifrə qoymaq üçün hazırlanmışdır. Proqramı şifrə qoymaq istədiyiniz qovluğun yanına kopyalayın və işə salın..

Qarşınıza çıxacaq pəncərədə şifrə qoymaq istədiyiniz qovluğun adını yazın və "Enter" düyməsini sıxın.
Əyər qovluğun adı düzgün yazılıbsa, sizdən qovluğa qoymaq istədiyiniz şifrəni soruşacaq.
Şifrəni yazdıqdan sonra "Enter" düyməsini sıxın.
Beləliklə qovluq "Görünməz" olacaq.
"Görünməz" gizli qovluğu yenidən normal vəziyyətə gətirmək üçün, proqramı yenidən işə salın.
Bu dəfə gizli olan qovluğun adını yazın və "Enter" düyməsini sıxın.
Əyər adını yazdığınız qovluq həqiqətəndə bu proqram tərəfindən gizlədilibsə, sizdən həmin qovluğun şifrəsi istənəcək.
Şifrəni yazıb "Enter" düyməsini sıxın.
Gizli qovluq əvvəlki vəziyyətinə qayıdacaq.



PS : Bu proqram Windows XP və Seven (7) üçün nəzərdə tutulmuşdur. Digər əməliyyat sistemlərində işlətməyin!
Qovluq adı seçərkən, boşluq və fərqli simvolldardan istifadə etməyin!