www.nice.az > Proqramlar > “Opera” 10.00 for Windows

“Opera” 10.00 for Windows


24 oktyabr 2009. Müəllif: xansuagdash
“Opera” 10.00 for Windows

Norveçin “Opera Software” şirkəti “Opera” brauzerinin final, 10-cu versiyasını təqdim edib. Yeni brauzer “Windows”, “Mac OS X” və “Linux” bazasında yığılmış əməliyyat sistemləri ilə işləyir.

“Opera 10” versiyasına veb-səhifələrin az sürətli kanallarda yüklənilməsini sürətləndirən “Opera Turbo” məlumat sıxılma texnologiyası daxil edilib. Tərtibatçılar bildiriblər ki, “Opera Turbo”nun istifadəsi zamanı bəzən səhifələrin səkkiz dərəcəli sıxılma əldə etmək olur.

10-cu versiyada ciddi interfeys dəyişikliyinə rast gəlinir. Bundan əlavə, burada daxil olunmuş səhifələri əks etdirən ekspress-panelin parametrlərinin qurulması imkanı əlavə olunub.

Qeyd edək ki, yeni brauzer “Opera 9.6” versiyasından 40% sürətlidir. Həmçinin “Opera 10” təkmilləşdirilmiş elektron poçt sistemi, avtomatik yenilənmə mexanizmi, eləcə də orfoqrafiya yoxlanışı sistemi ilə təchiz olunub.
Opera 10.00 for Windows
Həcmi 8.7 MB

OPERA v10>>Y Ü K L Ə<<