
Harri Potter və Sirlər Otağı / Гарри Поттер и тайнаÑ комната / Harry Potter and the Chamber of Secrets

Harri Potter sehrbazlıq məktəbi “Hoqvartsâ€ın ikinci kursuna keçir.Elf Dobbi ona xəbərdarlıq edir ki, o məktəbə qayıtmasın çünki onu orda təhlükə gözləyir.Cavan sehrbaz onun məsləhətinə qulaq asmır və “Hoqvartsâ€da baş verən sirrli hadisələrin şahidinə çevrilir.Tezliklə Harri və onun dostları Sirlər Otağının varlığı haqda öyrənirlər.Onlar qaranlıq güclərə qalib gəlmək məqsədiylə yeni macəralara atılırlar...





Harri Potter və fəlsəfə daşı / Гарри Поттер и филоÑÂофÑÂкий камень / Harry Potter and the Philosopher's stone

Harri Potter-valideynləri yol qəzasında həlak olan oğlandır.O, 11 yaşı tamam olan gün bir məktub alır.Məktubda bildirilir ki o Hoqartda-sehrbaz məktəbində- təhsil alacaq.Məlum olur ki onun valideynləri də sehrbaz olublar və onlar qəddar maq Voldermar tərəfindən öldürülüblər.Harri məktəbdə iki nəfərlə dost olur və öyrənir ki, məktəbin həyətində Voldermarın axtardığı nəsə gizlədilib.





Transformerlər 3 / ТранÑÂформеры 3 / Transformers 3

Bizim qəhrəmanlarımız üçün kədərli günlər başlayır: Sem Mikaeladan məhrum olub, hökümət Avtobatların Yer kürəsindən çıxarıması ilə bağlı sərəncam verir, bu arada Meqatron Follenin rüsvayçı məğlubiyyətindən sonra gizlənir, deseptikon Şokueyv, Kibertron hakimi planetimizə o qədər də xoş olmayan niyyətlər ilə səfər etməyə hazırlaşır. Trilogiyanın yekun hissəsinin hadisələri nəinki Yer kürəsində, hətta qaranlıq tərəfi sirlərlə əhatə olunmuş Ayda da cərəyan etməyə başlayacaq...





Transformerlər 2 / ТранÑÂформеры 2 / Transformers 2

Deseptikonlar geri çəkiliblər.Amma onlar intiqam almaq üçün vaxt gözləyirlər.Bundan başqa onlara həyat ver Qığılcım parçası da qorunub saxlanılıb.Qədim müharibə yenidən başlayır.Müharibənin bitdiyini zənn edən Sem Uitviki isə yenidən savaş meydanına dönməyə məcbur olur...





Transformerlər/ ТранÑÂформеры / Transformers

Sem Uitvikki-adi məktəblidir.O, maşınlarla və qızlarla maraqlanır.Bundan başqa o özü də bilmədən insanlığı xilas edə biləcək yeganə adamdır.Onun əlinə yadplanetlilərin unikal ali gücü olan açar düşüb.İndi onu eyni anda həm qəddar transformerlər Deseptikonlar və xeyirxah transformerlər Avtobotlar axtarır.
Transformerlərin müharibəsi Yer kürəsində baş verə bilər...
Transformerlərin müharibəsi Yer kürəsində baş verə bilər...





Təyinat Nöqtəsi 5 / Пункт назначениÑ 5 / Final Destination 5

180 saylı aviareysin partlayışından 11 il keçir. Dostları ilə birlikdə avtobusda olan Sem Loutonun gözləri qarşısında dəhşətli xülya canlanır - üzəri ilə getdikləri asma körpü uçur, insanlar dəhşətli şəkildə həlak olur. Sem panikaya düşərək dostlarını və digər bir neçə insanı körpüdən uzaqlaşdırmağa müvəffəq olur. Elə bu zaman Semin hiss etdiyi kimi körpü onların gözü qarşısında uçaraq bir çox insanların məhvinə səbəb olur. Hər halda Sem və onun rəfiqəsi Molli anlayır ki, ölüm onlara yalnız vaxt verib, belə ki, sağ qalmağa müvəffəq olmuşlar bir-birinin ardınca həlak olurlar. O, bir dəfə ölümü aldatmağa müvəffəq olmuşkən bunu bir daha necə edə biləcəyini dərk etməlidir...





Təyinat Nöqtəsi 4 / Пункт назначениÑ 4 / The Final Destination

Nik və dostları həftəsonunda maşın yarışı izləməyə gedirlər. Bu vaxt Nik yarışın keçirildiyi avtodromda dəhşətli bir qəzanın baş verdiyini görür. Maşınlar bir-birinə qarışır, avtodrom uçur, hər kəs - Nik və dostları da dəhşətli şəkildə ölür. Nik ardıcıl olaraq gördüklərindən bir neçə hadisənin üst-üstə düşdüyünü görür və dostlarını avtodromdan çıxarmağa məcbur edir. Onlar təzəcə çıxırlar ki, dəhşətli bir qəzanın şahidi olurlar. Amma ölüm yarımçıq qalmış işini tamamlamalıdır. Əvvəlki bölümlərdəki kimi sağ qalanlar ardıcıllıqla ölməlidir. Amma bu dəfə daha da faciəvi şəkildə.





Təyinat Nöqtəsi 3 / Пункт назначениÑ 3 / Final Destination 3

Məzuniyyət gecəsində əyləncə üçün Lunaparka gedən Uendi sürət qatarı atraksionuna mindikdə xəyalla gerçəklik arasında bir kabus görür. Çünki əyləncə atraksionu şənlik əvəzinə ölüm gətirəcəkdi. Uendi və dostu Kevin bu kabus səbəbiylə atraksiondan düşür.Bir neçə dəqiqə sonra isə onlar dostlarının faciəvi ölümünə şahid olacaqlar.Əlbəttə ki, Uendi və Kevin də həmin qəzada ölməli idilər.





Təyinat Nöqtəsi 2 / Пункт назначениÑ 2 / Final Destination 2

Kimberli Kohen dostları Şaina, Dano və Frenki ilə Deytonaya gedir. Kimberli avtomobil sürərkən onlarla insanın öləcəyi bir qəzanın olduğunu xəyali olaraq görür. Onun qəzanın olacağını gördüyü yerdə həqiqətən də dəhşətli qəza baş verir. Sağ qalanlar da əslində o qəzada ölməli idilər. Və əlbəttə, bu ölümlər sıra ilə gerçəkləşəcək.





Təyinat Nöqtəsi / Пункт назначениÑ / Final Destination

Bir qrup Yeni il gəzintisi üçün təyyarəylə Parisə gedir. O vaxt tələbələrdən biri Aleks Brouninq təyyarənin partlayacağl haqqında gerçək və xəyal arasında bir yuxu görür. Bu yuxudan çox təsirlənən Aleks təyyarədən enmək istəyir. Ona inanan və ya sırf mübahisə məqsədiylə yaxınlaşan 7 nəfər də təyyarədən çıxarılır. Hava limanında gözləyərkən təyyarədə bir partlama baş verir və 7 nəfər istisna olmaqla, 287 sərnişin həyatını itirir. Sağ qalanlar idə əslində o qəzada ölməli olduqlarını başa düşürlər. Buna görə də sıra ilə onlar da ölməyə başlayacaq.




