www.nice.az > Xəbərlər > Müğənni Rüfət Mehdiyev vəfat etdi
Müğənni Rüfət Mehdiyev vəfat etdi1 fevral 2011. Müəllif: hebibi_p |
![]() “Elə iynə vurulan vaxt dünyasını dəyişdi†Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev bu gecə saat 03:00 radələrində 42 yaşında qəflətən dünyasını dəyişib. Ailəsindən verilən məlumata görə, müğənni “Komedy club†verilişinə baxdığı zaman qəflətən halı dəyişib, təzyiqi qalxıb: “Heç nəyi yox idi, verilişə baxıb deyib-gülürdü. Birdən vəziyyəti dəyişdi. Təcili yardım çağırdıq. İynə vurdular. Elə iynə vurulan vaxt “daha da pisləşdim†- dedi. Həmin anda dünyasını dəyişdiâ€. Ailəsindən bildiriblər ki, mərhumla vida mərasimi öz evində olacaq. O, bu gün saat 15:00-da Nizami rayonu ərazisindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir. Mərhumun 10 yaşlı oğlu və 7 yaşlı qızı var. Allah rəhmət eləsin! |