www.nice.az > Xəbərlər > Bürclər fevralda nə vəd edir?
Bürclər fevralda nə vəd edir?1 fevral 2011. Müəllif: hebibi_p |
Qoç Yaxınlarınızla konfliktə girməyin, əks halda bu, böyük problemlərə yol aça bilər. Yaxşı insanlarla tanış olacaqsınız və nəticədə yaxın dostlar əldə edəcəksiniz. Tənha Qoçlar sevgi ilə qarşılaşa bilərlər. Amma ehtiyatlı olun, bu sevgi ağlınızı başınızdan ala bilər. Buğa Fevralda karyera sahəsində bəxtiniz əla gətirəcək, amma pulunuzu sağa-sola xərcləməyin, hələ lazımınız olacaq. Sevgiliniz sizə qarşı çox diqqətcil olacaq. Əgər hələ də ikinci yarınızı tapmamısınızsa, ətrafınıza yaxşı baxın. Ola bilsin o, elə də uzaqda deyil. Əkizlər Gənc Əkizlər oxumaq üçün böyük stimul hiss edəcəklər, bir qədər yaşlı Əkizlər isə işdə çox çalışmalıdırlar. Amma həddindən artıq tərs olmayın, özünüzü əldə saxlamağı bacarın, əks halda işinizlə vidalaşa bilərsiniz. Sağlamlığınıza da çox vaxt ayırmağı unutmayın. Xərçəng Sevgilinizlə münasibətlərinizi aydınlaşdırmağa çalışmayın, yoxsa sizi ciddi problemlər gözləyə bilər. Bu aralar dostlarınız sizə çox vaxt ayıracaq və siz onların dəstəyini hiss edəcəksiniz. Karyera sahəsində sizi uğur gözləyir: hətta həyatınızı yaxşılığa doğru dəyişəcək yeni işə dəvət ala bilərsiniz. Şir Fevralda gözlənilməz hadisə baş verəcək, buna hazır olun. Sevgidə çətinliklər yaranacaq, - sevdiyiniz insan sizdən daha çox diqqət istəyəcək. Bu ay maddi vəziyyətiniz normal olacaq, amma iri kreditlər götürməkdən yayının: onları ödəmək çətin olacaq. Sağlamlığınızın qeydinə qalın. Qız Pis hadisələr baş verə bilər. Buna səbəb isə yeni tanışlıqlar olacaq. Sevdiyiniz insana diqqət yetirin, axı o sizi sevir, siz isə yalnız işlə məşğulsunuz. Maddi baxımdan vəziyyətiniz qeyri-stabil olacaq, ona görə də qənaət etməyiniz məsləhətdir. Tərəzi İstənilən yeni işdə «güvən, amma yoxla» prinsipinə əməl edin. Sevgi sahəsində qeyri-stabillik olacaq, sevgilinizlə dalaşmamağa çalışın. Boş şeylərə görə əsəbiləşməyin, hər şeyə gülümsəyərək yanaşın, yoxsa əsəbləriniz tab gətirməz. Əqrəb Dostlarınızın şübhəli planlarını dəstəkləməyin, əks halda bu sizin üçün çox kədərli bitə bilər. Stresdən uzaq olun, belə olan halda xəstəliklər də sizdən yan keçəcək. Bu ayınızı təhsilə və ya işə həsr edin. Yaxınlarınıza daha çox diqqət yetirin. Ola bilsin onlardan birinə sizin köməyiniz lazımdır. Oxatan Ehtiyatlı olun, inandığınız insanlar sizi aldada bilər. Kredit və borc götürmək istəsəniz, hər şeyi min ölçüb bir biçin. Ola bilsin elə bir səhvə yol verəsiniz ki, öhdəsindən gəlmək qeyri-mümkün olsun. Romantik sahədə hər şey qaydasına düşəcək, sadəcə sevginizi qoruyun. Oğlaq Bu ay nəhayət ki, ikinci yarınızla qarşılaşacağınız gözlənilir. Planlarınızı reallaşdırmağa başlayın, dostlarınız da sizi dəstəkləyəcəklər. Amma əsəbi gərginlik və yüklənmədən özünüzü qoruyun. Bu, sağlamlığınıza mənfi təsir göstərə bilər. Dolça Rəqibləriniz sizə qarşı fəal hərəkətə keçəcək, ona görə də ehtiyatlı olun və sizi yolunuzdan döndərməyə imkan verməyin. Bu ay sizin üçün sürprizlərlə bol keçəcək. Həmçinin fevralda romantik sahədə ani meyliniz olacaq, amma bu sizə təsir etməyəcək. Sağlamlığınızın qeydinə qalmağı da unutmayın. Balıqlar Şayiə və dedi-qodulara qulaq asmaq məsləhət deyil. Təsadüfi tanışlıq sizin üçün ehtiraslı və böyük sevgiyə çevrilə bilər. Amma maddi baxımdan çətinlik çəkəcəksiniz, köhnə borclarınızı da qaytarmalısınız. Sağlamlığınızla ciddi maraqlanın, özünüzü işlə yükləməyin. |