www.nice.az > Xəbərlər > Cüdoçumuz İlqar Müşkiyev ermənini diz çökdürdü
Cüdoçumuz İlqar Müşkiyev ermənini diz çökdürdü29 yanvar 2011. Müəllif: hebibi_p |
Dünya Kubokunun ilk günündə tatami üzərinə 12 azərbaycanlı cüdoçu medallar uğrunda mübarizəyə qoşulub. Onlardan yalnız -60 kq çəki dərəcəsində İlqar Müşkiyev ilk qarşılaşmasında erməni cüdoçusuna diz çökdürərək Azərbaycana yenidən sevinc hissini yaşatdı. Belə ki, mübarizə aparan cüdoçumuz İlqar M. bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. İdmançımız müvafiq olaraq Ivanyan Qriqor ( Ermenistan) və Magers Adreys (Latviya) təmsilçilərini məğlub edib. Yarımfinalda Gürcüstan cüdocusu Asubani David üzərində inamlı qələbə qazanıb. Finalda isə Kossayev Yerkebulanini (Qazaxıstan) məğlubiyyətə uğradaraq Dünya Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sabah isə yarışın son günündə: - 81kq Alimli Rüstəm-Tsrikishvili Avtandil (Gürcüstan), Rzazadə Seymur-Alexios Ntanatsidis (Yunanıstan), Rəcəbli Elxan-Paata Gviniashvili (Gürcüstan), Səfquliyev Tural-Dawit Karbelashvili (Gürcüstan). - 90kq Qurbanov Ramin-Aleksey Emelyanov (Ukrayna), Qəhrəmanov Şahin-Qeorqiy Tsotsiaşvili (Gürcüstan), Nağıyev Kənan-Saba Gavashelishvili (Gürcüstan). - 100kq Emil Hüseynov-Revaz Chekoidze (Gürcüstan) ,Sain Məmmədov-Akramyan Marazykov (Qazaxıstan), Zaur Bağırov-Hakob Arakelyan (Ermənistan) idmançılarımız ilk rəqibləri ilə mübarizəyə qoşulacaqlar. Yarışlar saat 10:00-da başlanır. |