www.nice.az > Xəbərlər > 3-ü 1-də [29.o1.11]
3-ü 1-də [29.o1.11]29 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 29 yanvar, şənbə, XXV Ay günü Günəş - Dolçada Ay - Oxatanda Merkuri - Oğlaqda Venera - Oxatanda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Bu gününüz rahat keçsə də, ümumilikdə işləriniz istədiyiniz kimi yaxşı getmir. Maddi problemlərinizi həll etməsəniz, gərginliyiniz çoxalacaq. Əsəblərinizi qoruyun. Ünsiyyətlərinizi çoxaldın. Buğa - (21 Aprel 20 May)- Maddi durumunuzu artırmaq qayğısına qalın. Fəaliyyətinizin hər bir sahəsində uğur sizinlə olacaq. Gününüzü xeyirsiz işlərə sərf etməyin. Səhhətinizə qarşı diqqətli olmalısınız. Əkizlər - (21 May 20 İyun)- Səhhətinizlə bağlı ciddi probleminiz yoxdur. Çoxsaylı problemlərlə üzləşəcəksiniz. Onlardan ən asan bildiyinizi yoluna qoymağa çalışın. Maddi vəziyyətiniz çətin olaraq qalmaqdadır. Xərçəng - (21 İyun 21 iyul)- İşləriniz yaxşı alınacaq. Fəaliyyət sahənizi genişləndirməyə çalışın. Ünsiyyətlərinizi çoxaldın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınız var. Səhhətinizə qarşı diqqətli olun. Şir - (22 İyul 23 Avqust)- Ev dəyişmə,köçmə işləri rahat gedəcək.Çətin keçən bu gündə hər şeyə qarşı ciddi reaksiya göstərməyin. Maddi imkansızlıq sizi bir sıra çətinliklər qarşısında qoyur. Qız - (24 Avqust 23 Sentyabr)- Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız var. Mübahisələrə baş qoşmayın. Səhhətinizi gücə salmamaq üçün əsəbiləşməməli, hər çətinliyin keçici olduğunu özünüzə təlqin etməlisiniz. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- İşləriniz asanlıqla alınınr. Səhhətinizlə bağlı ciddi problemləriniz yoxdur. Biznes planlarını çətin də olsa,həll etməlisiniz. Ailədaxili münasibətlərdə hər iş istədiyiniz kimi gedir. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Əlinizi atdığınız hər bir işiniz alınacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaqla bağlı hər bir işdə uğurunuz var. İndi ləngiməyin vaxtı deyil,daha çox öyrənib bilməlisiniz. Səhhətinizi qaruyun. Oxatan - (23 Noyabr 21 Dekabr)- Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Bu gün özünüzü güclü hiss etsəniz də, problemləriniz çoxdur. Onların demək olar ki, heç birini maddi çətinlik ucbatından həll edə bilmirsiniz. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Əsas fəaliyyətinizdəki problemləriniz asta-asta həll olunmaqdadır. Biznes sahəsində uğurlarınız çoxdur. Səhhətinizdəki problemlərə vaxt ayırmanız məsləhətdir. Dolça - (21 Yanvar 19 Fevral)- Romantik ovqatınızın yüksəkliyinə baxmayaraq, kəskin problemlərlə üzləşəcəksiniz. Bu gün qəti qərar vermək məsləhət deyil. Maddi vəziyyətinizi yaxşılaşdırmaq yönündə çalışmalısınız. Balıqlar - (20 Fevral 20 Mart)- İşləriniz yaxşı gedəcək. Özünüzü ruhən güclü hiss edəcəksiniz. Biznes planlarını həyata keçirmək sizin üçün problem deyil. Səhhətinizə qarşı diqqətli olun. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. |