www.nice.az > Xəbərlər > Günün tarixi [29.o1.11]
Günün tarixi [29.o1.11]29 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() 29 yanvar. İlin sonuna 336 gün qalır. 1547-ci il - Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib 1616-cı il - Holland dənizçiləri Sxauten və Lemer Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Qorn burnunu kəşf ediblər 1821-ci il - Rus dənizçiləri Antarktidaya ayaq basıb 1833-cü il - Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib 1886-cı il - Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini təqdim edib 1896-cı il - Amerikalı fizik Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib 1925-ci il - Futbol hakimi Tofiq Bəhramov anadan olub 1927-ci il - Balerina Leyla Vəkilova anadan olub 1931-ci il - Türkiyədə “Menemen hadisələriâ€ndə təqsirləndirilən 31 nəfər barədə ölüm hökmü çıxarılıb 1932-ci il - Qorki Avtomobil Zavodunun (QAZ) konveyerindən ilk yük avtomobili “QAZ AA†(yaşlı nəsil bunu “polutorka†adlandırır) çıxıb 1949-cu il - İngiltərə İsraili de-fakto tanıyıb 1956-cı il - Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub 1978-ci il - İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub 2001-ci il - Fransa parlamenti uydurma “erməni soyqırımıâ€nı tanıyıb 2002-ci il - Corc Buş İran, İraq və Şimali Koreyanı “şər üçbucağı†adlandırıb 2007-ci il - Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Mehriban Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə†mükafatına layiq görülüb 2007-ci il - Prezident İlham Əliyev Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Fransa Respublikasının prezidenti Jak Şirakı “Heydər Əliyev†ordeni ilə təltif edib 2007-ci il - J.Şirak İ.Əliyevi Fransanın Fəxri Legionun Böyük Xaç Komandoru Ordeni ilə təltif edib 2009-cu il - Qənirə Paşayeva Qubadakı kütləvi məzarlığa dair sənədləri AŞPA-ya təqdim edib. |