www.nice.az > Xəbərlər > 3-ü 1-də [28.o1.11]
3-ü 1-də [28.o1.11]28 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 28 yanvar, cümə, XXIV Ay günü Günəş - Dolçada Ay - Oxatanda Merkuri - Oğlaqda Venera - Oxatanda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Səhhətinizdən şikayətiniz olmayacaq. Özünüzü güclü hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq hələ ki, müşkül işə çevrilib. Bununla belə, ümumi ovqatınız çox yüksəkdir. Buğa - (21 Aprel 20 May)- Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız çoxdur. Sevgi münasibətlərinizdə anlaşılmazlıq davam etməkdədir. Əsas gücünüzü maddi məsələlərin həllinə yönəldin. Əkizlər - (21 May 20 İyun)- Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Dostluq və ailədaxili münasibətlərdə ciddi probleminiz yoxdur. Maddi imkanlarınızı artırmaq şanslarınız çox deyil, onlardan istifadə etməyi bacarmalısız. Xərçəng - (21 İyun 21 iyul)- Səhhətinizə qarşı diqqətli olmalısınız. Maliyyə imkanlarınızı yaxın bildiyiniz adamların köməyi ilə yaxşılaşdıracaqsınız. Ünsiyyətlərinizdəki anlaşılmazlığı aydınlaşdırmağın hələ ki, vaxtı deyil. Şir - (22 İyul 23 Avqust)- Özünüzü güclü hiss edəcəksiniz. Əsəbi keçən bu gün sizə maddi heç nə vəd etmir. Ünsiyyətlərinizə qarşı diqqətli olun. Maddi imkansızlıq problemlərinizi çoxaldır. Dözümünüzü artırın. Qız - (24 Avqust 23 Sentyabr)- Səhhətinizin problemlərinin həlli üçün vaxt tapın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınızın əksəriyyəti istifadəsiz qalmaqdadır. Ünsiyyətlərinizi çoxaldın. Ailədaxili münasibətlərdə gərginlik davam etməkdədir. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Maddi baxımdan çətin keçən günlərdən biridir. Yaxın hesab etdiyiniz adamların əhatəsində vaxtı xoş keçirmək şansını əldən verməyin. Daha çox öyrənməyə çalışın. Pis vərdişlərdən kənar olun. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Səhhətinizə qarşı diqqətli olun. İşiniz başınızdan aşır. Gördüyünüz hər bir işdə xeyriniz var. Gücünüzdən qənaətlə istifadə edib xeyirlərinizi çoxaldın. Söz vermisinizsə, üstündə durun. Oxatan - (23 Noyabr 21 Dekabr)- Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü güclü hiss edəcəksiniz. Biznes işləriniz yaxşı getmir. Mübahisə və münaqişələrlə dolu mühitdə öz həqiqətinizi sübut edə bilmirsiniz. Hələ ki buna cəhd etməyin. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Sevgi problemləriniz özünü göstərəcək. Biznes planlarını həyata keçirmək isə sizin üçün rahat keçəcək. Səhhətinizə qarşı diqqətli olmalısınız. Riskə yol verməyin. Dolça - (21 Yanvar 19 Fevral)- Problemli məsələlərin həllilə məşğul olduğunuz günləri yaşayırsınız. Maddi durumunuzu yaxşılaşdırmaq şansınız çox azdır. Səhhətinizdən şikayətiniz olmayacaq. Balıqlar - (20 Fevral 20 Mart)- Özünüzü o qədər də yaxşı hiss etməyəcəksiniz. Biznes işləriniz sahmana düşəcək. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınızı, çətin də olsa, gerçəkləşdirin. Həkim məsləhətinə əməl edin. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. |