www.nice.az > Xəbərlər > 3-ü 1-də [27.o1.11]
3-ü 1-də [27.o1.11]27 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 27 yanvar, cümə axşamı, XXIII Ay günü Günəş - Dolçada Ay - Əqrəbdə Merkuri - Oğlaqda Venera - Oxatanda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Səhhətinizdən muğayat olmalısınız.Özünüzü havanın sürprizlərindən gözləyin. Əsas fəaliyyətinizi həyata keçirərkən problemlərlə üzləşməlisiniz. Buğa - (21 Aprel 20 May)- Gücünüzün çoxluğundan istifadə etməyin vaxtıdır. Maddi durumunuzu artıra bilərsiniz. Ünsiyyətlərinizdə problemlər qalmaqdadır. Əkizlər - (21 May 20 İyun)- Səhhətinizə qarşı diqqətli olmalısınız. Əsas işləriniz getmir. Yaxın adamların yardımına böyük ehtiyacınız var. Məsləhətləri dinləməyi və ona əməl etməyi bacarın. Xərçəng - (21 İyun 21 iyul)- Maddi durumunuzu yaxşılaşdırmaq yönündə gördüyünüz işləriniz alınacaq. Özünüzdə yenilməz güc hiss edəcəksiniz. Gücünüzdən səmərəli istifadə edin. Şir - (22 İyul 23 Avqust)- Səhhətiniz problem yarada bilər. İşləriniz alınmayacaq. Siz artıq buna vərdiş etmisiniz Amma çox tezliklə hər şey dəyişəcək və əsas işləriniz gedəcək. Dözümlü olun. Qız - (24 Avqust 23 Sentyabr)- Bu gün sizin üçün rahat keçən günlərdən biridir. Səhhətiniz normaldır. Ötən vaxtların səhvlərinizi artaşdırıb, bir daha onları təkrar etməyin. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Səhhətinizi incitməyin. Əsas fəaliyyətinizdəki biznes işləriniz alınmayacaq. Ünsiyyətlərinizi çoxaldın. Yorulmadan çalışmağınıza rəğmən, konkret nəticə yoxdur. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Bu gündən narazı qalmayacaqsınız. İşlərinizi xeyirli məcraya yönəltməyi bacarın. Dostlarınızı itirməyin. Oxatan - (23 Noyabr 21 Dekabr)- Səhhətinizin qayğısına qalmalısınız ki, nəzərdə tutduğunuz böyük işləri həyata keçirəndə problem yaratmasın. Heç kəsi qınamayın. Əsas işlərinizdən ötrü fəaliyyət proqramı tərtib edin. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Çox böyük sevinc hissi yaşayacaqsınız. İşləriniz alınacaq, biznes planlarını həyata keçirə biləcəksiniz. Ünsiyyətlərinizdə dözümlü olun. Dolça - (21 Yanvar 19 Fevral)- Səhhətiniz qayğı tələb edir. Mənəvi gücünüz çox olduğundan, işləriniz alınacaq. Özünüzü yenilməz ruh hiss edəcəksiniz. Ünsiyyətlərinizdə öhdənizə çox yük götürməyin. Balıqlar - (20 Fevral 20 Mart)- Gücünüz çox olmasına baxmayaraq, heç bir işiniz istədiyiniz kimi getmir. Buna görə əsəbiləşib səhhətinizi korlamayın. Adamlardan məsləhət almaqdan utanmayın. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. |