www.nice.az > Xəbərlər > Məryəm Süleymanova Ana olacaq

Məryəm Süleymanova Ana olacaq


27 yanvar 2011. Müəllif: EMERALD
Məryəm Süleymanova Ana olacaq

İki ay öncə İlkin Zamanov adlı şəxslə ailə həyatı quran rəqqasə Məryəm Süleymanova ana olacaq. Onun Bildirdiyinə görə, hazırda hamiləliyinin ikinci ayını yaşayır. Bu səbəbdən rəqqasə bir müddət rəqslərinə ara verəcək və gələcək körpəsinin dünyaya gəlməsini gözləyəcək.

«Səhhətimdə bir o qədər narahatlıq yoxdur. Amma həkimlə əlaqəmi sıx yaratmışam. İstəyirəm körpəm sağ-salamat dünyaya gəlsin. Hələlik onun cinsi məlum deyil. Bunun üçün hələ bir ay gözləməliyik. Ancaq İlkinlə mənim üçün bunun elə bir əhəmiyyəti yoxdur. Axı bu bizim ilk övladımızdır» - deyən rəqqasə bildirdi ki, körpəsini yayın sonlarında dünyaya gətirəcək.

Xatırladaq ki, M.Süleymanova ötən il dekabrın 7-də ailə həyatı qurub.