www.nice.az > Xəbərlər > Xalq artisti Faiq Ağayevin atası dünyasını dəyişdi

Xalq artisti Faiq Ağayevin atası dünyasını dəyişdi


26 yanvar 2011. Müəllif: GHoSTMaN
Xalq artisti Faiq Ağayevin atası dünyasını dəyişdi

Xalq artisti Faiq Ağayevin ailəsində böyük itki baş verib. Bu gün səhər saatlarında sənətçinin atası Balağa Ağayev ömrünün 71-ci ilində dünyasını dəyişdi.

Son zamanlar səhhətində ciddi problemlər yaşayan Balağa müəllimin dünən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə gətirilib. B.Ağayev elə öz evindəcə əbədiyyətə qovuşdu.

Trend Life-ə istinadən bildirir ki, xalq artisti Faiq Ağayevin atası dəfn olunmaq üçün Bakıdan Astaraya, mərhumun doğma yurduna aparılıb.

Faiq Ağayev və mərhumun ailə üzvləri ilə yaxınları da Astaraya yollanıblar.
B.Ağayevin yeddiqırx mərasimləri Astara ilə yanaşı, Bakıda da keçiriləcək.

NiCe.aZ adından, Xalq artisti Faiq Ağayevə, onun anası, qardaşlarıyaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.