www.nice.az > Xəbərlər > “Eurovision-2011”də 8 dövlətin təmsilçisi məlum oldu

“Eurovision-2011”də 8 dövlətin təmsilçisi məlum oldu


26 yanvar 2011. Müəllif: GHoSTMaN
“Eurovision-2011”də 8 dövlətin təmsilçisi məlum oldu

“Eurovision-2011”də 8 dövlətin təmsilçisi məlum oldu.

Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı Eurovision Mahnı Müsabiqəsində iştirak edəcək 43 ölkədən 8-nin təmsilçisi bəllidir.

İctimai Televiziyanın mətbuat xidmətindən verilən məlumata görə: Albaniya - Aurela Gaçe, Türkiyə - “Yüksək Sadakat” qrupu, İsveçrə - Anna Rossinelli, Kipr-Christos Mylordos, Rumıniya - Hotel FM, Ermənistan - Emmy, Niderland - 3JS, Almaniyadan - Lenadır.

Digər iştirakçılar isə “Eurovision”dakı təmsilçilərini yaxın vaxtlarda açıqlayacaq.

Xatırladaq ki, Azərbaycanın bu beynəlxalq mahnı yarışmasındakı təmsilçisi fevralın ilk günlərində bəlli olacaq.