www.nice.az > Xəbərlər > 3-ü 1-də [25.o1.11]
3-ü 1-də [25.o1.11]25 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 25 yanvar, çərşənbə axşamı, XXI Ay günü Günəş - Dolçada Ay - Tərəzidə Merkuri - Oğlaqda Venera - Oxatanda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Əgər əsəbilərinizi boş yerə israf etməsəniz, bu günün xoş ovqatından istifadə edə bilərsiniz. Ev dəyişmək, səfərlərdəki ünsiyyətlər fayda gətirəcək. Buğa - (21 Aprel ![]() - Gün sizin üçün o qədər də uğurlu deyil. Başladığınız təzə fəaliyyət sahəsində daha böyük cəsarətlə çalışın, xeyir var. Məişət işləriniz alınacaq. Sevgi münasibətləriniz problemli olaraq qalır. Əkizlər - (21 May ![]() - Səhhətinizdən şikayətiniz olmayacaq. Yeni müqavilələr bağlamaq şansı varsa, gələcəkdə xeyir gətirəcək. Əsəbilərinizi boş yerə israf etməyin. Gücünüzü qoruyun. Xərçəng - (21 İyun ![]() - O qədər də rahat keçməyən bu gün sizə yaxşı heç nə vəd etmir. Əgər diqqətinizi dağıtmadan çalışsanız, müəyyən işləriniz qaydasında gedə bilər. Biliyinizi artırmağa çalışın. Şir - (22 İyul ![]() - Gücünüz çoxdur. Səhhətinizdən cuddi şikayətiniz yoxdur. Əsəbi ovqat sizi tərk etməlidir. İşləriniz hələ ki, istədiyiniz kimi alınmır. Sakit qalmağı bacarın, yoxsa uğurlarınıza təsir edər. Qız - (24 Avqust ![]() - Sağlamlığınızın qayğısına qalmalısınız. İşləriniz yaxşı gedə bilər. Bunun üçün çalışqan olmalı və tərtib olmuş plandan kənara çıxmamalısınız. Tərəzi - (24 Sentyabr ![]() - Özünüzü güclü hiss edirsiniz. İşləriniz istədiyiniz kimi yaxşı alınır. Ovqatınızı şux saxlamağa çalışın. Özünüzü elə aparın ki, bədxahlarınız sevinməsin. Əqrəb - (24 Oktyabr ![]() - İşlərinizin qaydasında getməsi üçün uğursuzluqla qarşılaşanda ruhdan düşməməli, gücünüzə əzmınızı daha da artırmalısız. Səhhətinizə qarşı diqqətli olmalısınız. Oxatan - (23 Noyabr ![]() - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. İşləriniz alınmır. Əsəbilik ovqatla işə başlamağınız məsləhət deyil. Gücünüzü daha uğurlu məqamlar üçün saxlayın. Ünsiyyətlərinizdən istifadə edin. Oğlaq - (22 Dekabr ![]() - Sağlamlığınızın qayğısına qalın.Çox cəhd etsəniz, işləriniz alınacaq. Ağılla hərəkət edin. Bədxərclikdən doğan jestlər göstərməyin. Ünsiyyətlərinizdəki uğursuzluğun səbəbkarı özünüzsünüz. Dolça - (21 Yanvar ![]() - Özünüzü güclü hiss edirsiniz. İşləriniz alınır. Fəaliyyətinizin çoxşaxəli olmasına baxmayaraq, əldə etdikləriniz çox azdır. Maddi imkanlarınızı artırmağın qayğısına qalmaq ayıb iş deyil. Balıqlar - (20 Fevral ![]() - Özünüzü yorğun hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq yönündəki çalışmalarınızda əməli nəticələr yoxdur. Ünsiyyətlərinizdə dilinizə nəzarəti unutmayın. Bəzən zarafatınızı ciddi qəbul edirlər. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 10-14 dərəcə isti olacaq. |