www.nice.az > Xəbərlər > Daşaltı əməliyyatından 19 il ötür
Daşaltı əməliyyatından 19 il ötür27 yanvar 2011. Müəllif: klose777 |
![]() Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında təxminən 150 nəfər iştirak edib. Onlardan 40-50 nəfəri sağ qalıb. Şəhid olanların sayı bəlli deyil. 55 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb. Əməliyyat zamanı Şuşa özünümüdafiə dəstəsindən 10 nəfər şəhid olub. Onların 8-i Cıdır düzü yaxınlığındakı qəbiristanlıqda dəfn olunub, 2 nəfər isə itkin düşüb. Bakıda təşkil olunmuş “Şıx†taborunun döyüşçülərinin əksəriyyəti də əməliyyat zamanı itkin düşüb və şəhid olub. |