www.nice.az > Xəbərlər > Günün tarixi [26.o1.11]

Günün tarixi [26.o1.11]


26 yanvar 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [26.o1.11]

26 yanvar. İlin sonuna 339 gün qalır.

1699-cu il - Avstriya, Polşa, Rusiya, Venesiya və Türkiyə arasında “Karlovitsa sazişi” imzalanıb

1905-ci il - Cənubi Afrika Respublikasında (CAR) dünyada ən böyük almaz tapılıb. Almazın kütləsi 3106 karat idi. “Cullinan” adlanan bu almaz 3 yerə parçalanaraq istifadə edilib

1906-cı il - Stenli qardaşlarının buxar avtomobilində 205,4 km/saat sürət əldə edilib

1918-ci il - Rusiyada təqvim islahatı aparılıb, hazırda istifadə olunan sistem qəbul edilib

1918-ci il - Rumıniyanın kommunist lideri Nikolay Çauşesku anadan olub

1924-cü il - SSRİ II Sovetlər qurultayı. Leninin vəfatına həsr olunan matəm iclasında Nəriman Nərimanov da nitq söyləyib

1934-cü il - Ümumittifaq Kommunist Partiyasının (ÜİKP) XVII qurultayı başlayıb. Qurultayda ilk beşillik plan qəbul edilib

1934-cü il - Almaniya və Polşa 10 il ərzində hücum etməmək haqqında saziş imzalayıb. Polşa cəmi 5 il sonra işğal edilib

1943-cü il - Sovet botaniki Nikolay Vavilov vəfat edib

1950-ci il - Hindistanda Konstitusiya qəbul edilib. Bu tarix milli bayram kimi qeyd edilir.

1965-ci il - Hind dili Hindistanda rəsmi dövlət dili elan edilib. Ölkədə baş verən qarşıdurmalardan sonra isə, ingilis dili də ikinci rəsmi dil statusu əldə edib

1971-ci il - Müğənni Aygün Kazımova anadan olub

1992-ci il - Yanvarın 25-də axşam saat 20:00-da başlayan Daşaltı əməliyyatı yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığındakı Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv edilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan ordusu 90 nəfərdən artıq itki verib. Döyüşdə ermənilər də bir neçə hərbi texnika və 80-ə yaxın canlı qüvvə itirib.

1995-ci il - Azərbaycan Respublikası Xorvatiya ilə diplomatik əlaqələr qurub

2004-cü il - Əfqanıstanın yeni Konstitusiyası qəbul edilib

2006-cı il - Müğənni İslam Rzayev vəfat edib

2007-ci il - AŞPA-da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair 338 saylı Yazılı bəyannamə yayılıb

2009-cu il - İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror hücumunun qarşısı alınıb.