www.nice.az > Xəbərlər > Ermənistanda 5 uşaq anası

Ermənistanda 5 uşaq anası


24 yanvar 2011. Müəllif: hebibi_p
Ermənistanda 5 uşaq anası

Ermənistanda 5 uşaq anası yeni doğulmuş 6-cı uşağını boğaraq öldürüb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, faciəvi hadisə yanvarın 7-də Vanadzor şəhərində baş verib. Ermənistan mətbuatının yaydığı məlumata görə, qadın uşağı öz evinin vanna otağında dünyaya gətirib.

Bundan sonra erməni qadın uşağı polietilen torba ilə boğaraq öldürüb. Sonradan polis qadının evində körpənin meyitini aşkar edib.

Hadisə ilə bağlı ibtidai istintaqa başlanılıb. Qadının uşağı maddi imkansızlıqdan qətlə yetirdiyi bildirilir.