www.nice.az > Xəbərlər > Günün tarixi [11.o1.11]

Günün tarixi [11.o1.11]


11 yanvar 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [11.o1.11]

11 yanvar. İlin sonuna 354 gün qalır.

1569-cu il - Tarixdə ilk lotereya İngiltərədə keçirilib

1787-ci il - Astronom Vilyam Herşel Uranın iki peykini kəşf edib

1919-cu il - Bolşevik Rusiyasında ərzaq sapalağı tətbiq edilib

1920-ci il - Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransında de-fakto tanınıb

1922-ci il - İnsulin ilk dəfə insanlar üzərində sınaqdan keçirilib

1929-cu il - Keçmiş SSRİ-də 7 saatlıq iş vaxtına keçilib

1946-cı il - Albaniyada kral hakimiyyəti devrilib və respublika bərqərar olub

1970-ci il - Türk müğənnisi Mustafa Sandal anadan olub

1978-ci il - Habil Əliyev Azərbaycan xalq artisti fəxri adına layiq görülüb

1994-cü il - Azərbaycan Respublikası Latviya ilə diplomatik əlaqələr qurub

1995-ci il - Azərbaycan Respublikası Uruqvay ilə diplomatik əlaqələr qurub

1999-cu il - Türkiyədə 56-cı hökumət qurulub, Bülənt Ecevit baş nazir seçilib

2005-ci il - Azərbaycan hökuməti Hind okeanı hövzəsində baş vermiş dəhşətli sunamidən zərər çəkən ölkələrə 1 milyon dollar məbləğində yardım edib

2008-ci il - Milli Televiziya və Radio Şurası respublika ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının bəzi verilişləri istisna olmaqla proqramlarının Azərbaycan dilində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib...