www.nice.az > Xəbərlər > Günün tarixi [o4.o1.11]
Günün tarixi [o4.o1.11]4 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() 4 yanvar. İlin sonuna 361 gün qalır. 1493-cü il - Xristovor Kolumb Yeni Dünyandan (Amerika qitəsi) ayrılaraq Avropaya yola düşüb 1643-cü il - İssak Nyuton anadan olub 1797-ci il - Napoleon Avstriya qoşunu üzərində qələbə çalıb 1804-cü il - Gəncə hökmdarı Cavad xan və oğlu şəhid edilib (Bu hadisə Ramazan ayına təsadüf edib) 1809-cu il - Gözdən əlillər üçün əlifbanın yaradıcısı fransız pedaqoq Lui Brayl anadan olub 1914-cü il - Üzeyir Hacıbəyov Peterburq konservatoriyasına qəbul edilib 1915-ci il - Birinci Dünya Müharibəsi: Sarıqamış əməliyyatında rus qoşunu Osmanlı ordusunun 9-cu korpusunu bütövlükdə əsir alıb. Mətbuata qoyulan senzura nəticəsində əhali bu məğlubiyyətdən çox gec xəbər tutub 1919-cu il - Qırmızı Ordu Riqanı işğal edib 1932-ci il - Cəlil Məmmədquluzadə Bakıda vəfat edib 1942-ci il - Amerikanın “Times†jurnalı sovet lideri Stalini “İlin adamı†elan edib 1946-cı il - Aktyor Rafael Dadaşov anadan olub 1948-ci il - Birma müstəqillik əldə edib 1980-ci il - Sovet ordusunun Əfqanıstana müdaxiləsinin ardından ABŞ prezidenti Cimmi Karter Moskvada keçiriləcək Olimpiya oyunlarını boykot etdiyini açıqlayıb 1981-ci il - Gəncə Texnologiya İnstitutu açılıb 1990-cı il - Pakistan tarixində ən ağır dəmir yol qəzası nəticəsində 285 nəfər həlak olub, 400 nəfər xəsarət alıb 1996-cı il - Qadın problemləri üzrə dövlət komitəsi yaradılıb 2003-cü il - Prezident Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında fərman verib 2004-cü il - Gürcüstanda “məxməri inqilab†başa çatıb, Mixail Saakaşvili prezident seçilib |