www.nice.az > Xəbərlər > Günün tarixi [o3.o1.11]

Günün tarixi [o3.o1.11]


3 yanvar 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o3.o1.11]

3 yanvar. İlin sonuna 362 gün qalır.

E.ə. 106-cı il - Romalı natiq Siseron anadan olub

1496-cı il - Leonardo da Vinçi ilk dəfə uçun aparatı sınaqdan keçirib, lakin sınaq uğursuz olub

1501-ci il - Martin Lüter katolik kilsəsindən xaric edilib

1501-ci il - Özbək şairi Əlişir Nəvai vəfat edib

1804-cü il - General Sisyanovun rəhbərlik etdiyi rus qoşunu Gəncə qalasına hücuma keçib. Qeyri-bərabər döyüşdə Gəncə xanlığının qoşunu məğlub olub

1815-ci il - Avstriya, İngiltərə və Fransa Prussiya və Rus İmperiyasına qarşı ittifaq yaradıb

1868-ci il - Yaponiyada imperator üsul idarəsinin bərpa edilməsi barədə manifest imzalanıb

1905-ci il - Rusiyada məşhur Putilov zavodunda tətillər başlayıb

1924-cü il - İngilis arxeoloqlar Misir fironu Tutanxamonun sərdabəsini aşkar edib. Tabut isə təqribən 2 ay sonra açılıb

1925-ci il - Benito Mussolini İtaliyada qeyri-məhdud hakimiyyət əldə edib

1925-ci il - Sovet lideri Lev Trotskinin bütün səlahiyyətləri əlindən alınıb

1934-cü il - SSRİ-də təyyarələrin radarla aşkar edilməsinə dair sınaqlar uğurla həyata keçirilib

1945-ci il - Türkiyə Yaponiya ilə diplomatik münasibətləri kəsib

1959-cu il - Batista rejiminin tərəfdarlarının sonuncu qruplaşması təslim olub. Kubada inqilab qələbə çalıb

1961-ci il - ABŞ Kuba ilə əlaqələri kəsib

1962-ci il - Roma papası Fidel Kastronu kilsədən kənar elan edib

1977-ci il - “Apple” şirkəti təsis edilib

1991-ci il - Azərbaycan Milli Müdafiə Şurası buraxılıb, Dövlət Müdafiə Komitəsi təşkil edilib.