www.nice.az > Xəbərlər > 3-ü 1-də [24.o1.11]
3-ü 1-də [24.o1.11]24 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 24 yanvar, bazar ertəsi, XXI Ay günü Günəş - Dolçada Ay - Tərəzidə Merkuri - Oğlaqda Venera - Oxatanda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart 20 Aprel)- Ovqatınız yüksək olacaq. Gücünüzü boş yerə israf etməyin, maddi durumunuzu yüksəltmək qayğısına qalın. Səfərlər, turizm uğur gətirən sahələrdir. Buğa - (21 Aprel 20 May)- Səhhətinizə qarşı diqqətlı olmalısınız. Bu gün işləriniz nəzərdə tutduğunuz kimi yaxşı alınmayacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız çoxdur. Əkizlər - (21 May 20 İyun)- İşləriniz alınmırsa cəhdlərinizi çoxaldın. Gücünüz çox olsa da, xeyir gətirə biləcək konkret bir iş görə bilmirsiniz. Əlbir işlərdə uğurlarınız var. Səhhətinizdən şikayətlənməyə ixtiyarınız yoxdur. Xərçəng - (21 İyun 21 iyul)- Səhhətinizə qarşı diqqətinizi artırın. Fədakarlıq nümunələri göstərməyin. Maddi durumunuzu yaxşılaşdırmaq şansınız çox azdır, qənaətlə dolanın. Şir - (22 İyul 23 Avqust)- Özünüzü güclü hiss edirsiniz. İşlərinizin alınması üçün ətraf mühit amilini heç vaxt unutmayın. Hamı sizin qədər mərd deyil. Maddi imkanlarınızı artırmaq şanslarınızdan istifadfə edin. Qız - (24 Avqust 23 Sentyabr)- Bu gün özünüzü yorğun və halsız hiss edəcəksiniz. Hər şeyə rəğmən, biznes fəaliyyətiniz fayda gətirəcək. Sevgi və yoldaşlıq ünsiyyətlərinizdə anlaşılmazlıq baş verə bilər. Tərəzi - (24 Sentyabr 23 Oktyabr)- Səhhətiniz sizin üçün problem yaratmayacaq. İşlərinizin alınması üçün çox cəhd etməlisiniz. Özünüzü gücə salmayın, öhdəsindən gəlmədiyiniz problemə yanaşma bucağını dəyişin. Əqrəb - (24 Oktyabr 22 Noyabr)- Səhhətinizə qarşı diqqətli olmalısınız. Nə maliyyə, nə də ünsiyyətlərinizdə könülaçan heç nə yoxdur. Çox istəsəniz, biznes planlarını reallaşdıra bilərsiniz. Oxatan - (23 Noyabr 21 Dekabr)- Sevgi münasibətləriniz arzuolunandır. Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Biznes planlarını həyata keçirmək cəhdlərinizdə uğurlar var. Oğlaq - (22 Dekabr 20 Yanvar)- Gücünqzün azalmasını hiss edəcəksiniz. İşləriniz çətinliklərlə alınacaq. Biznes planlarını icra etmək çizin üçün çox diqqətli olmalısınaz. Ünsiyyətlərinizdə mehribanlıq göstərin. Dolça - (21 Yanvar 19 Fevral)- Özünüzü güclü hıss edirsiniz. Əsəbilik və qanqaraçılıq sizi özünüzdən çıxarmasın. Ağılınızı işə salın. Yaranmış gərgin vəziyyəti normallaşdırın. Ünsiyyətlərinizdən mütləq istifadə etməyə çalışın. Balıqlar - (20 Fevral 20 Mart)- Özünüzü gücsüz hiss edəcəksiniz. Səhhətinizə qarşı diqqətlı olmalısınız.Maddi imkanlarınızı çoxaltmaq cəhdləriniz uğursuz nəticə verəcək.Qənaətlə dolanmağa vərdiş edin. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti olacaq. |