www.nice.az > Xəbərlər > 3-ü 1-də [23.o1.11]
3-ü 1-də [23.o1.11]23 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Günün Qoroskopu Göylərin mənzərəsi 23 yanvar, bazar, XX Ay günü Günəş - Dolçada Ay - Qızda Merkuri - Oğlaqda Venera - Oxatanda Mars - Dolçada Yupiter - Qoçda Saturn - Tərəzidə Uran - Balıqlarda Neptun - Dolçada Pluton - Oğlaqda Ulduz Falı Münəccim öncəgörümləri Qoç - (21 Mart ![]() - Evdə təmir-inşaat, bərpa işləri məsləhətdir. Səhhətinizə qarşı diqqətlıi olmalısınız. Biznes planlarınızı həyata keçirmək o qədər də asan başa gəlməyəcək. Özünüzdə yenilməz ruh hiss edirsiniz. Buğa - (21 Aprel ![]() - Səhhətinizdən şikayətiniz yoxdur. Sevgi münasibətlərində qarşılıqlı ittihamlar davam edir. İndi biznes işləriniz istədiyiniz kimi alınır. Maddi imkanlarınızı artırmaq üçün cəsur olmalısınız. Əkizlər - (21 May ![]() - Səhhətinizin nazı ilə oynamalısınız. Ciddi-cəhdlə çalışdığınız işləriniz belə, alınmır. Ünsiyyətlərinizin xoş ovqatlarından məmnun qalacaqsınız. Xərçəng - (21 İyun ![]() - Gücünüz hiss olunacaq qədər çoxdur. Bununla belə, əlinizi atdığınız elə bir iş yoxdur ki, konkret xoşagələn nəticələriniz olsun. Ünsiyyətlərinizə yenidən baxmalısınız. Şir - (22 İyul ![]() - Heç bir işiniz ürəyiniz istəyən kimi rahat alınmır. Səhhətinizlə bağlı problemləri həll etməlisiniz. Yaxın hesab etdiyiniz adamların sayəsində gərgin şəraiti yüngülləşdirməyə müvəffəq olacaqsınız. Qız - (24 Avqust ![]() - Səhhətinizdən şikayət etməyə ixtiyarınız yoxdur. Bununla belə, özünüzü soyuqdan gözləyin. Biznes planlarını həyata keçırmək imkanlarınızdan genış istifadə etməlisiniz. Tərəzi - (24 Sentyabr ![]() - Maddi imkanlarınızı artırmaq cəhdləriniz bir fayda vermir. Səhhətinizə qarşı diqqətinizi artırmalısız. Ünsiyyətlərinizdəki səmimiliyə görə dolaşıq işlərinizə aydınlıq gələcək. Əqrəb - (24 Oktyabr ![]() - Səhhətinizdən şikayətlənməyə ixtiyarınız yoxdur. Ünsiyyətlərinizdəki qarşılıqlı narazılıq sizi darıxdıracaq. İşləriniz istədiyiniz kimi rahat alınacaq, nəticəsindən razı qalacaqsınız. Oxatan - (23 Noyabr ![]() - Səhhətiniz sizin üçün gərginlik yarada bilər. Sevgi münasibətlərindən başqa heç nə eyninizi açmır. Maddi durumunuzu artırmaq cəhdlərinizdə konkret nəticə gözləməyin. Oğlaq - (22 Dekabr ![]() - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Biznes planlarını həyata keçirərkən istədiyiniz nəticəni ala bilərsiniz. Tələskənliyiniz və prinsipiallığınız ucbatından ünsiyyətlərinizdə gərginlik yaranıb. Dolça - (21 Yanvar ![]() - Səhhətinizin problemlərini axıra kimi həll etməlisiniz. Əsas işləriniz çətinliklərlə olsa da, alına bilər. Qarşınızdakı adamın heysiyyətinə toxunmadan ünsiyyətlərinizi qurun. Sizə dəxli olmayan işlərə qarışmayın. Balıqlar - (20 Fevral ![]() - Biznes fəaliyyətinizin planlarını uğurla həyata keçirə bilərsiniz. Yaxın hesab etdiyiniz adamlara yardımınız dəyəcək. Ünsiyyətlərinizdəki gərginlik davam edir. Hava Proqnozu Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. |