www.nice.az > Xəbərlər > Günün tarixi [23.o1.11]
Günün tarixi [23.o1.11]23 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() 23 yanvar. İlin sonuna 342 gün qalır. 1792-ci il - Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib 1849-cu il - Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluq müdafiə etmiş ilk qadın kimi tarixə düşüb 1912-ci il - Haaqada “Beynəlxalq opium Konvensiyası†imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub 1920-ci il - Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edib: “Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıqâ€. Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib 1922-ci il - Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb 1946-cı il - Rusiyalı oliqarx Boris Berezovski anadan olub 1950-ci il - Knesset (İsrail parlamenti) Tel-Əvivi İsrailin paytaxtı elan edib 1960-cı il - “Triest†batiskafı dünyanın ən dərin nöqtəsinə enib. O dövrün nəticələrinə görə dərinlik 11 020 metr olub 1978-ci il - Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib 1989-cu il - Rəssam Salvador Dali vəfat edib 1990-cı il - 41 il əvvəl Macarıstana girən Sovet Ordusu ölkəni tərk edib 1992-ci il - ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb 2005-ci il - Viktor Yuşenko Ukrayna prezidenti seçilib |