www.nice.az > Xəbərlər > Bu gün Bakının “İnter†klubu Rusiyanın “Zenit†komandası ilə qarşılaşacaq
Bu gün Bakının “İnter†klubu Rusiyanın “Zenit†komandası ilə qarşılaşacaq21 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş futbol üzrə “Birlik kuboku†yarışlarında Azərbaycanı təmsil edən “İnter†klubu bu gün yarımfinal oyununa çıxacaq. Milli.Az xəbər portalı Peşəkar Futbol Liqasının internet saytına istinadən xəbər verir ki, “İnter†finala yüksəlmək uğrunda Rusiyanın “Zenit†komandası ilə mübarizə aparacaq. “Peterburqski†İdman Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Mika†ilə ağır oyundan sonra əsas məsələ futbolçularımızın növbəti oyunda da yaxşı oynamalarını təmin etməkdir. Ancaq bu daha çox həkimlər və massajçıların işidirâ€. Bunu ANS telekanalına müsahibəsində “İnter†klubunun baş məşqçisi Kaxaber Tsxadadze bildirib. Baş məşqçi bu gün “Birlik Kubokuâ€nun yarımfinal mərhələsi çərçivəsində “Zenitâ€ə qarşı görüşdə yetirmələrinin öz oyunlarını qura bilmələrinin vacibliyini vurğulayıb. Kaxaber Tsxadadze “İnterâ€in öz oyununu oynayacağı təqdirdə, nəticənin də yaxşı olacağına inanır: “Azarkeşlərin “Zenitâ€lə oyunda “İnterâ€i dəstəkləyəcəklərinə ümid edirəm. Çünki onlar artıq komandaya inanıblar. “Zenit†oyunun keçirilmə vaxtını dəyişmək istəyirdi. Məncə, onlar bunu vaxt udmaq və bərpa olunmaq üçün etmək istəyirdilər. Digər tərəfdən isə axşam saatlarında “Zenitâ€â€““İnter†oyununa daha çox azarkeşin gələcəyi bildirilirdi. Ancaq bu bizim xeyrimizə deyil. Görüş saat 20:00-a keçirilsəydi, yetirmələrim bu qarşılaşmaya köklənməyə çətinlik çəkəcəkdilər. Çünki biz qrup mərhələsində hər 3 oyunumuzu günorta saatlarında keçirmişikâ€. Qeyd edək ki, “İnter†klubu “Birlik kubokuâ€nun qrup mərhələsində Qırğızıstanın “Neftçi†(3:0), Tacikistanın “İstiklol†(3:0), Moldovanın “İskra-Stal†(1:0), dörddəbir final mərhələsində isə Ermənistanın “Mika†klubunu (4:0) məğlubiyyətə uğradıb. |