www.nice.az > Xəbərlər > Günün tarixi [2o.o1.11]

Günün tarixi [2o.o1.11]


20 yanvar 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [2o.o1.11]

20 yanvar. İlin sonuna 345 gün qalır.

1265-ci il - Qraf Lankaster İngiltərədə ilk parlamenti təşkil edib

1775-ci il - Fransız fizik Andre Amper anadan olub

1841-ci il - Honq-Konq Britaniyanın nəzarəti altına keçib

1893-cü il - İngilis fizik Ceyms Düar sıxılmış qazları saxlamaq üçün qabı təqdim edib. Bu ixtira sonradan onun şərəfinə “Düar qabı” adlandırılıb

1921-ci il - Dağıstan MSSR təşkil edilib

1921-ci il - İtaliya Kommunist Partiyası təşkil edilib

1925-ci il - SSRİ Yaponiyanı tanıyıb

1929-cu il - Lev Trotski SSRİ-dən qovulub

1946-cı il - Fransa dövlətinin başçısı Şarl de Qol istefa verib və siyasətdən getdiyini açıqlayıb

1958-ci il -SSRİ öz ərazisinə NATO bazası yerləşdirmək istəyən Yunanıstanı iqtisadi sanksiyalarla hədələyib

1977-ci il - Şair Zeynal Cabbarzadə vəfat edib

1980-ci il - ABŞ prezidenti Cimmi Karter Moskva Olimpiya Oyunlarını boykot edib

1981-ci il - Ronald Reyqanın andiçmə mərasimindən bir-neçə saat sonra İran ABŞ-ın Tehrandakı səfirliyində saxlanan girovları azad edib. 444 gün davam edən böhran başa çatıb

1987-ci il - İran qoşunu Bəsrədə neft terminalına hücum edib

1990-cı il - Azərbaycan:
Sovet qoşunları 19-dan 20-nə keçən gecə Bakı şəhərində dinc əhalini qanına qəltan edib. Rəsmi məlumatlara görə, 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 400 nəfər həbs edilib, 4 nəfər itkin düşüb.
Saat 07.00. Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar rəsmən açıqlanıb. Artıq iş-işdən keçmişdi.
Azərbaycan ziyalıları Elmlər Akademiyasında etiraz mitinqi keçirib.
Bəxtiyar Vahabzadə radio ilə deputatlara müraciət edərək Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını tələb edib.

1997-ci il - İkinci dəfə prezident seçilən Bill Klinton and içərək vəzifəsinin icrasına başlayıb

2009-cu il - Barak Obama and içərək vəzifəsinin icrasına başlayıb.