www.nice.az > Xəbərlər > Bakıda bir dəqiqəlik sükut elan ediləcək
Bakıda bir dəqiqəlik sükut elan ediləcək20 yanvar 2011. Müəllif: M1rZ3 |
![]() Bu gün 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Bakının bir sıra euçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, məhdudiyyətlər yanvarın 20-də səhər 8.00-dan mərasim başa çatanadək davam edəcək. Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Mikayıl Müşfiq dairəsinin Mətbuat prospekti ilə kəsişməsində, Teleteatr binası qarşısında, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsində və Parlament prospektinə bitişik küçə və yolların Şəhidlər Xiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq, istiqamət dəyişdiriləcək. Vaqif Əsədov onu da bildirib ki, həmin ərazilərdə yol kənarında nəqliyyat vasitələrinin saxlanılmasına yol verilməyəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərini yanvarın 20-də adıçəkilən küçə və prospektlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, daha çox ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməyə çağırıb. Qeyd edək ki, Şəhidlər xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər. |