www.nice.az > Xəbərlər > Dünyanın ən çox qazanan futbolçusu

Dünyanın ən çox qazanan futbolçusu


24 yanvar 2011. Müəllif: EMERALD
Dünyanın ən çox qazanan futbolçusu

Dünyanın ən çox qazanan futbolçusu

Kriştiano Ronaldo ötən il olduğu kimi yenə də rəqiblərini geridə qoyub

Dünyanın ən çox gəlir əldə edən futbolçularının adları açıqlanıb. İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ildə 12 milyon avro qazanmaqla planetin ən çox gəlir əldə edən futbolçularının siyahısına başçılıq edir. İkinci pillədə isə “Mançester Yunayted” klubu və İngiltərə yığmasının üzvü Ueyn Runi qərarlaşıb.

Runinin illik qazancı 11,5 milyon avro təşkil edir. Sonrakı yerdə müvafiq olaraq Lionel Messi (illik 11 milyon avro “Barselona”), Yaya Ture (10,8 milyon avro “Mançester Siti”), Samuel Eto (10,5 milyon avro “İnter”) kimi futbolçular qərarlaşıblar.

Xatırladaq ki, Kriştiano Ronaldo ötən il də dünyanın ən çox gəlir əldə edən futbolçusu seçilmişdi. Portuqaliyalı futbolçu bir il ərzində 13 milyon avro qazanmışdı.