www.nice.az > Xəbərlər > Günün tarixi [18.o1.11]

Günün tarixi [18.o1.11]


18 yanvar 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [18.o1.11]

18 yanvar. İlin sonuna 347 gün qalır.

1258-ci il - Hülakü xan Bağdadı mühasirəyə alıb

1654-cü il - Rus İmperiyası Ukraynanı işğal edib

1778-ci il - İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib

1825-ci il - Moskvada “Bolşoy Teatr” açılıb

1871-ci il - Alman İmperiyası (İkinci Reyx) elan edilib

1919-cu il - Azərbaycanı Paris sülh konfransında təmsil edəcək nümayəndə heyəti İstanbula yola düşüb. Onlar bir neçə gün sonra viza alaraq Parisə getməli idilər

1923-cü il - Zaqafqaziya ölkə komitəsi Naxçıvanı muxtar respublikaya çevirməyi təklif edib

1926-cı il - Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib

1926-cı il - “Knyaz Potyomkin zirehli gəmisi” filmi ekranlara çıxıb

1927-ci il - Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib

1936-cı il - Azərbaycan neftçiləri 22-26 yanvar tarixlərində Staxanov beşgünlüyü keçirməyi qərara alıb

1943-cü il - Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb

19??- il - Saytımızın Baş Redaktoru Kamranın [krik]dünyaya göz açdığı Gün olub

1990-cı il - Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib

1990-cı il - 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb

1991-ci il - “Səhrada tufan” əməliyyatının ardından İraq ordusu Tel-Əvivə və Hayfaya “Skad” raketləri atıb

2005-ci il - 800 sərnişin tutumlu “Airbus A380” təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.