www.nice.az > Xəbərlər > Günün tarixi [17.o1.11]
Günün tarixi [17.o1.11]17 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() 17 yanvar. İlin sonuna 348 gün qalır. 1706-cı il - Amerikan diplomat və fizik Benjamin Franklin anadan olub 1773-cü il - İngilis səyyah Ceyms Kuk Cənub qütbünü keçib 1860-cı il - Rus yazıçı Anton Çexov anadan olub 1861-ci il - İngilis Tomas Krapper tualet çanağını patentləşdirib 1893-cü il - Rusiya və İngiltərə ittifaq bağlayıb 1899-cu il - İtalyan əsilli amerikan qanqser Alfons Kapone anadan olub 1909-cu il - “Fənərbağça†və “Qalatasaray†futbol klubları arasında ilk oyun 0:2 hesabı ilə ikincinin qələbəsi ilə başa çatıb 1920-ci il - Parisdə Azərbaycan, Gürcüstan və İngiltərə nümayəndələrinin iştirakı ilə Qafqazda vəziyyət müzakirə edilib. İclasda xarici işlər naziri Topçubaşov Azərbaycanın xarici kömək almadan hərbi dəniz qüvvələri yarada bilməyəcəyini bildirib 1923-cü il - Azərbaycan Dövlət Dram Teatrı təntənəli şəkildə açılıb. Açılışda teatrın keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib 1935-ci il - 11 yanvarda başlayan VIII Ümumazərbaycan sovetlər qurultayı başa çatıb 1939-cu il - Almaniyada yəhudilərə sənətkarlıqla fərdi qaydada məşğul olmaq qadağan edilib 1942-ci il - Məşhur boksçu Məhəmməd Əli (Kassius Kley) anadan olub 1946-cı il - BMT Təhlükəsizlik Şurasının ilk iclası keçirilib 1961-ci il - Konqo Demokratik Respublikasının ilk baş naziri Patris Lumumba qətlə yetirilib 1962-ci il - Amerikalı aktyor Cim Kerri anadan olub 1984-cü il - Avropada tərksilah üzrə konfrans Stokholmda işə başlayıb 1986-cı il - ABŞ prezidenti Ronald Reyqanın İrana silah satışına icazə verməsi böyük qalmaqal yaradıb 1990-cı il - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) qarşısında izdihamlı mitinq keçirilib, ümumi tətil elan edilib 199?- il - Saytımızın Redaktoru İlkinin [Muxa]dünyaya göz açdığı Gün olub 1995-ci il - Yaponiyada zəlzələ 5000-dən çox insanın həyatına son qoyub 1999-cu il - Lion aeroportunun təhlükəsizlik xidməti “Airbusâ€un şassisində gizlənərək Fransaya gələn 15 yaşlı seneqallı oğlanı aşkar edib. Maraqlıdır ki, o, -30 dərəcədən aşağı temperatura və alçaq təzyiqə 6 saat uçuş ərzində davam gətirə bilib. 2009-cu il - Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sürixdə görüşüb... |