www.nice.az > Xəbərlər > Bu gün Mirzə Babayevin xatirə günüdür
Bu gün Mirzə Babayevin xatirə günüdür13 yanvar 2011. Müəllif: GHoSTMaN |
![]() Bu gün Azərbaycanın məşhur müğənnisi və aktyoru Mirzə Babayevin xatirə günüdür. Sənətkarın ölümündən 8 il ötür. Lent.az-ın məlumatına görə, Mirzə Babayev 1913-cü ildə Bakıda dünyaya gəlib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olub. Azərbaycan estradasının korifeylərindən sayılan Mirzə Babayev uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Onun ifasındakı “Kəpənəkâ€, “Uzaq, yaşıl adaâ€, “Limanâ€, “Saçlarına gül düzüm†və digər mahnılar bu gün də sevilir. Aktyor kimi 20-dən artıq filmdə rol alıb. “26-larâ€, “Sevilâ€, “Yenilməz batalyonâ€, “Dərviş Parisi partladır†və digər filmlərdə iştirak edib. “O olmasın, bu olsunâ€, “Onu bağışlamaq olarmıâ€, “Dəli Kür†filmlərindəki mahnıları səsləndirib. M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini bitirən Mirzə Babayev Memar kimi Nizami Muzeyinin layihə çəkilişində iştirak edib. Xalq artisti, “Şöhrət†ordenli Mirzə Babayev 2003-cü il yanvarın 13-də 90 yaşında vəfat edib. |