www.nice.az > Xəbərlər > “Yeni Ulduz -2”nin qalibi Rəcəb Musayev yol qəzasında öldü

“Yeni Ulduz -2”nin qalibi Rəcəb Musayev yol qəzasında öldü


10 yanvar 2011. Müəllif: GHoSTMaN
“Yeni Ulduz -2”nin qalibi Rəcəb Musayev yol qəzasında öldü

“Yeni Ulduz -2”nin qalibi Rəcəb Musayev yol qəzasında həlak oldu

Lent.az-ın məlumatına görə, yanvarın 8-də axşam saatlarında Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində R.Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, müğənni elə hadisə yerindəcə dünyasını dəyişib. R.Musayev avtomobildə tək olub. Hadisənin yüksək sürət səbəbndən baş verdiyi bildirilir.

Mərhumun cəsədi 3 saylı şəhər xəstəxanasına çatdırılıb.