www.nice.az > Xəbərlər > Peru cadugərlərindən qorxulu proqnoz
Peru cadugərlərindən qorxulu proqnoz6 yanvar 2011. Müəllif: damn think |
![]() Peru cadugərlərindən qorxulu proqnoz Gələn il WikiLeaksın yaydığı sənədlər dünyanı qarışdıracaq Peru cadugərləri gələn il dünyada nələrin baş verəcəyini müəyyən etmək üçün paytaxt Limanın yaxınlığındakı San Kristobal dağının zirvəsində ritual həyata keçiriblər. Ritualdan sonra onlar elan ediblər ki, gələn il "WikiLeaks" saytının açıqlayacağı sənədlərlə bağlı dünyada siyasi qeyri-stabillik hökm sürəcək. “Biz gələn il üçün dünyanın panoramasına nəzər sala bildik və gördük ki, "WikiLeaks" saytının açıqlayacağı məxfi sənədlərlə bağlı planetdə siyasi qeyri-stabillik hökm sürəcək†deyə, cadugərlərin rəhbəri Xuan Osko jurnalistlərə bildirib. "WikiLeaks" saytı ABŞ-a aid 251 min məxfi diplomatik teleqramı ələ keçirib və noyabrın sonlarından etibarən onları yaymağa başlayıb. Bu günə qədər sənədlərdən cəmi 2 minə yaxını yayılsa da, dünyanın bir çox ölkələrinin ABŞ-la münasibətləri gərginləşib, bəzi ölkələrdə siyasi qalmaqallar yaranıb. |