www.nice.az > Xəbərlər > Dovşan bizə nələr gətirəcək?
Dovşan bizə nələr gətirəcək?31 dekabr 2010. Müəllif: GHoSTMaN |
![]() Astroloqlar gələn ilin ədalətin təntənəsi ilə yadda qalacağını vəd edirlər Yeni ilin astanasındayıq. Astrologiya ilə maraqlananların diqqətinə çatdıraq ki, 2011-ci il Şərq təqviminə görə, ağ Dovşan ilidir. NiCe.aZ əcnəbi astroloqların gələn il üçün müxtəlif proqnozlarını təqdim edir. Astroloqlar bildirirlər ki, Dovşan ili olan 2011-ci il çoxlu uğur və xoşbəxtlik bəxş edəcək. Gələn il üçün əsas olan məhəbbət hissini hər yerdə hiss edəcəksiniz. Siz bu məhəbbətdən uşaq kimi sevinəcəksiniz və həyatdan zövq alacaqsınız! Şərq təqviminə görə Keçi, At, İt, Öküz və Əjdaha ilində anadan olanlar üçün 2011-ci il xüsuslə uğurlu olacaq. Bu işarələr altında anadan olanlar fürsəti əldən verməməlidir. Onlar üçün yeni işlərə başlamaq və uğurla sona çatdırmaq şansı çox böyükdür. Amma Pələng, Xoruz və Meymun ilində anadan olanlar üçün bir qədər çətin il olacaq. Bu insanlardan məqsədə çatmaq üçün səy göstərmək tələb olunur. Digərləri üçünsə Dovşan ilinin neytral il olacağı vəd edilir. Yeni ildən maraqlı nə gözləməli? Tanınmış astroloqlar gələn ilin ədalətin təntənəsi ilə yadda qalacağını vəd edirlər. Onlar deyirlər ki, kimsə özgə əmlakını qeyri-qanuni ələ keçiribsə, onu qaytarsa yaxşıdı. Onsuz da o, 2011-ci ildə bu əmlakı itirəcək. Ən uğurlu işlər ailədə gözlənilir. Şərq təqviminə görə, yeni ildə ailədə harmoniya və uğur sizinlə olacaq. Evlənmək istəyənlər üçün Dovşan ili ən yaxşı fürsətdi. Astroloqlar dünyagörüşdə və elmin müxtəlif sahələrində ciddi dəyişikliklərin baş verəcəyini vəd edirlər. Dovşan ilində anadan olan məşhurlar bunlardır: İosif Stalin, Lev Trotski, Sergey Vavilov, İqor Kurçatov, Epikür, Fidel Kastro, Eynşteyn, Stinq, Uitni Hyuston, Eva Peron... |