www.nice.az > Xəbərlər > Emin Ağalarov: “Wonder†albomunu təqdim etdi
Emin Ağalarov: “Wonder†albomunu təqdim etdi30 dekabr 2010. Müəllif: EMERALD |
![]() Dekabrın 25-də Heydər Əliyev Sarayında müğənni Emin Ağalarov “Wonder†adlı beşinci albomunun təqdimatını keçirib və yeni konsert şousunu nümayiş etdirib. Məlumata görə, anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanıb. Emin-in konserti üçün saray səhnəsində xüsusi böyük ölçülü 3 Led ekran quraşdırılıb. Ötən konsertlərdə olduğu kimi, bu dəfə də səhnə dizaynında, əsasən qara rəngdən istifadə olunub. Emin Azərbaycan tamaşaçısını salamlayıb, bu səhnədə çıxış etməyin onun üçün çox xoş olduğunu bildirib: “Bu il ərzində bir çox şəhərdə konsertlərim olub. Həmin şəhərlərdə 20-25 dərəcə soyuq olduğu halda, Bakı hər zamankı kimi günəşlidir. Burada beşinci albomumun təqdimatını mənimlə birgə keçirdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəmâ€. Emin konsertin ilk dəqiqələrindən zalı ələ almağı bacarıb. Müğənninin hər ifası alqışlarla və “bravo†sədaları ilə müşayiət olunub. Emin konsertdə iştirak edən hər bir tamaşaçıya xüsusi diqqət ayırıb. Ona yaxınlaşıb gül dəstəsi verən və avtoqraf istəyənlərin hər birini hörmətlə yanaşıb. Emin-i səhnədə altı musiqiçi və üç bek-vokal müşayiət edib. İki saata yaxın davam edən konsertdə müğənni, hər proqramında olduğu kimi SSRİ xalq artisti, Azərbaycanın unudulmaz müğənnisi, eyni zamanda ailəsinin yaxın dostu Müslüm Maqomayevi də xatırlayıb. Səhnədə qurulmuş böyük ekranda Müslüm Maqomayevin ifasında özünün bəstələdiyi “Sinyaya vecnost†mahnısı nümayiş etdirilib. Müğənni pərəstiş etdiyi və özünə sənət müəllimi hesab etdiyi bu böyük səs qarşısında baş əyib, hər zaman ona bənzəməyi arzu etdiyini deyib: “Heç kimə sirr deyil ki, Müslüm Maqomayev bənzərsiz səsə malik olub. Hər zaman hansısa hərəkətimlə ona bənzəmək istəmişəm. Onun bu möhtəşəm ifasını göstərməkdə məqsədim bütün dünyada Mülsüm Maqomayev böyüklükdə sənətkarın olmadığını xatırlatmaq idiâ€. Emin “My way†və “Bremen musiqiçiləri†cizgi filmində böyük sənətkarın ifa etdiyi Trubadorun mahnısını Müslüm Maqomayevin xatirəsinə ithaf edib. ![]() Konsertdə müğənni həm köhnə, həm də yeni mahnılarını oxuyub. O, “Stillâ€, “Wonderâ€, “All i need to nightâ€, “Beautifull dayâ€, “Tomorrow†mahnılarını ifa edib. Ruh filmindən hər kəsin sevdiyi “Unchained melody†mahnısını isə həyat yoldaşı Leyla Əliyevaya həsr edib və bu mahnının ifası zamanı səhnədən tamaşaçı salonuna düşərək xanımının yanına gəlib, ona bir qırmızı qızılgül verib. Daha sonra Emin Ağalarov Heydər Əliyev Sarayının ən sonuncu tamaşaçı sırasına kimi qalxıb. O, tamaşaçılara avtoqraflar verib, fotolar çəkdirib. Daha sonra Emin repertuarında olan və bir çox radio dalğalarında səsləndirilən “Always†mahnısını oxuyub və bildirib ki, bu mahnı artıq Londonun əsas radiostansiyasında da yayımlanır. Müğənni proqramı bitirdikdən sonra, tamaşaçıların alqışları altında yenidən səhnəyə qayıdıb və daha bir neçə mahnı ifa edib. Emin-in yeni proqramını izləməyə gələnlər arasında dövlət rəsmiləri də olub. Müğənninin bu konserti də xeyriyyə məqsədli olub. Konsertdən əldən olunan vəsait Azərbaycanda uşaq evlərinə veriləcək. Konsertdən sonra isə Emin “fan-klubâ€u ilə görüşüb. Onlara avtoqraf verib, foto çəkdirib. Müğənni pərəstişkarlarına üzərində EMİN yazılmış futbolkalar və yeni diskini də hədiyyə edib. Konsertə gələn hər bir tamaşaçıya da Emin-in yeni albomundan hədiyyə edilib. Emin jurnalistlərə açıqlamasında deyib: “Bakıdakı üç konsertimdən ümumilikdə 250 min dollara yaxın vəsait yığılıb. İlk konsertimdən əldə olunan 50 min dollara uşaq evləri üçün avtobuslar alındı. İkinci konsertdən isə 100 min dollar gəlir əldə olundu və həmin vəsait Şüvəlan Uşaq Evinin tikintisinə sərf olunduâ€. Müğənni sonuncu konsertindən də 100 min ABŞ dollarına yaxın vəsait yığıldığın, bu gəlirin də uşaq evlərində ehtiyac olan tibbi ləvazimatların alınacağına sərf olunacağını qeyd edib: “Bu vəsaitə əlil uşaqlar üçün musiqi alətləri də alınacaq. Biz bu yolda əlimizdən gələn hər şeyi etməyə hazırıq və bundan sonra da edəcəyikâ€. Emin “Tək olarkən ən çox hansı Azərbaycan mahnısını zümzümə edirsiniz†sualına isə belə cavab verib: “Əlbəttə ki, ən çox Müslüm Maqomayevin “Azərbaycan†mahnısını oxuyuram. Bu mahnını da hamı dinləyirəmâ€. Rusiyada yaşayan müğənni, Azərbaycan səhnəsində çıxış etməyi çox sevdiyini də dilə gətirib. Müğənni sonda Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. |