www.nice.az > Xəbərlər > Bayramda 5 gün iş olmayacaq
Bayramda 5 gün iş olmayacaq27 dekabr 2010. Müəllif: MuXa |
![]() Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yenil il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 4-dək Azərbaycanda qeyri-iş günü elan olunub 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və 1-2 yanvar Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2011-ci il yanvarın 1 və 2-si isə Yeni il bayramıdır. Yanvarın 1-i və 2-si həftənin şənbə-bazar günlərinə düşdüyündən, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, yanvarın 3-ü və 4-ü də qeyri-iş günü hesab olunur |