www.nice.az > Xəbərlər > İraq yenə çalxalanır

İraq yenə çalxalanır


26 iyun 2009. Müəllif: elnur8633
İraq yenə çalxalanır

2003-cü il işğalı terrora, kütləvi qırğınlara ev sahibliyi edən iraqda partlayış səsləri səngimək bilmir. Amerikan əsgərlərin ölkəni tərk etdiyi ərəfədə bombardmanlar yenidən aktivləşməyə başlayıb.

Paytaxt Bağdada şiələrin sıx məskunlaşdığı sədr bölgəsində böyük bazar meydanında törədilən partlayış 68 nəfərin həyatına sonqoyub. Motorlu, səyyar bazar arabasına yerləşdirlən bombanın partlaması nəticəsində 135 nəfər də yaralanıb

Yaralılardan bəzilərinin vəziyyəti isə ağırdır. Bunun üçündə xəstəxana rəsmiləri ölü sayının artacağını bildiriblər. Amerikan əsgərlərin ölkədən çıxması ərəfəsində partlayışların sayının artması isə diqqətdən yayınmayan məqamlardandır

Qeyd edək ki, ötən həftə Kərkük vilayətində şiə məscidi qarşındakı partlayış nəticəsində də 72 nəfər ölmüşdü. Partlayışlar nəticəsində 5 polis məmurunun həlak olduğu bildirilir

Partlayışların sayının artma səbəbləri arasında yanvar ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri də var.