www.nice.az > Xəbərlər > 31 dekabr həmrəylik günü

31 dekabr həmrəylik günü


31 dekabr 2010. Müəllif: Ayla_girl
31 dekabr  həmrəylik günü

31 dekabr Həmrəylik günü

Bu möhtəşəm hadisədən etibarən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan Türklərinin birləşmək amacının simvolik rəmzi, 50 milyondan artıq Güney, Quzey və dünyanın başqa ölkələrində yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd olunur.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Quzey və Güney Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.