www.nice.az > Xəbərlər, Maraqlı Məlumatlar > Dünyanın Ən Kiçik HD Media Pleyeri
Dünyanın Ən Kiçik HD Media Pleyeri25 dekabr 2010. Müəllif: MuXa |
Şəkildə gördüyünüz qurğu fləşə bənzəsə də, o, fləş deyil! Yox! O, dünyanın ən kiçik HD media pleyeridir. Elə bu səbəbdən istehsalçı onu Mini HD Media Player adlandırmışdır. Pleyerin İmkanları Öz miniatür ölçülərinə baxmayaraq, qurğu MPEG4, DIVX, VOB, MP3, OGG və digər məşhur formatların “öhdəsindən məharətlə gəlir†. Bir sözlə, ondan istifadə etsəniz, yanılmazsınız. Mini HD Media Player: Özəllikləri Pleyerin korpusunda 3,5 mm iki port mövcuddur: onlardan biri səsi stereoformatda çıxarmaq üçün, digəri isə komponent formatında video görüntüləmək məqsədilə nəzərdə tutulub. Dəstə müvafiq kabellər daxildir. Mini HD pleyerini hətta USB -port vasitəsilə də qoşmaq olar. Pleyerin korpusunun altında isə 2 Gb yaddaş “gizlənib†. Yaddaşı microSD kartı vasitəsilə daha da artırmaq olar (qurğuda kart üçün xüsusi slot ayrılıb). Mediapleyerin Qiyməti Sevindirici haldır ki, mini HD Media Player qurğusunun qiyməti cəmisi 34,82 dollardır |