www.nice.az > Xəbərlər > Bu gün Prezidentimizin ad günüdür

Bu gün Prezidentimizin ad günüdür


24 dekabr 2010. Müəllif: Lale
Bu gün Prezidentimizin ad günüdür


İlham Əliyev (tam adı: İlham Heydər oğlu Əliyev; 24 dekabr 1961, Bakı, Azərbaycan) - Azərbaycan Respublikasının Prezidenti.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
Beş il sonra, 2008-ci ildə yenidən prezident seçilmişdir və hazırda prezident vəzifəsini icra edir.
Rus, İngilis, Fransız və Türk dillərini bilir.
Ailəlidir. Üç övladı, 2 nəvəsi var.
Azərbaycan Republikasının 3-cü prezidenti Heydər Əliyevin oğludur.
Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın həyat yoldaşıdır.
Heydər Əliyev fondunun Moskva təmsilçisi Leyla Əliyevanın atasıdır.

Biz də öz növbəmizdə Prezidentimizin doğum gününü təbrik edirik!!!