www.nice.az > Xəbərlər > Türkiyədə Mübariz İbrahimovun adını daşıyan gəmi dənizə buraxıldı
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan gəmi dənizə buraxıldı21 dekabr 2010. Müəllif: MuXa |
![]() Bu gün gəminin dənizə endirilməsi mərasimi keçirilib. Mərasimdə Mübariz İbrahimov -un atası da iştirak edib. O, böyük bir gəmiyə oğlunun adının verilməsindən məmnun qaldığını bildirib: “Oğlumun adı artıq dənizlərdə yaşayacaqâ€. Qeyd edək ki, “Palmali†Şirkətlər Qrupu və "Beşiktaş" (Beşiktaş Gemi İnsaat Anonim Şirketi, Türkiyə) şirkəti arasında 10 armada tipli tankerin inşası ilə bağlı müqavilə imzalanıb. Mübariz İbrahimovun adını daşıyan gəmi də həmin sifariş əsasında hazırlanıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyun ayının 18-də cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. Ona ölümündən sonra Milli Qəhrəman adı verilib |