www.nice.az > Xəbərlər, Mobil Dünyası > LG Şirkətindən Yeni İkinüvəli Prosessora Malik Smartfon

LG Şirkətindən Yeni İkinüvəli Prosessora Malik Smartfon


20 dekabr 2010. Müəllif: HiTMaN
LG Şirkətindən Yeni İkinüvəli Prosessora Malik Smartfon

Koreya Şirkəti LG Electronics 2011-ci il 6-9 yanvarda Las-Veqasda baş tutacaq yeni elektronik məhsullar sərgisində (CES) ikinüvəli prosessor əsasında işləyən Optimus 2X smartfonunu nümüyiş etdirəcək. Şirkətin sözərinə əsasən Optimus 2X ikinüvəli prosessor əsasında çalışan ilk smartfondur.

Mobil telefonda ikinüvəli prosessor

Optimus 2X Smartfonu Nivida Tegra 2 platforması əsasında istehsal edilmişdir. Xatırladaq ki, Nivida Tegra 1 Ghz tezlikli, ikinüvəli Cortex-A9 prosessoru əsasında çalışır. İstehsalçının sözlərinə əsasən telefonun ikinüvəli prosessor əsasında çalışması bu kimi üstünlükləri əldə etməyə imkan verir:
Telefon daha tez işə düşür;
Daha geniş internet imkanları təklif edir;
Multimedia oyunların yüklənməsi və istifadəsini, daha rəvan oyun prosesini təmin edir;
Yüksək çözünürlüklü video yazmaq və belə videoları izləmək imkanı verir;
“Təkmilləşdirilmiş reallıq” proqramlarının istifadə edilməsini təmin edir.

Müasir kompüterlərdə istifadə edilən prosessorlar 2-4 nüvəlidir, server çiplərdə isə onların sayı 6-8 nüvəyə qədər çatdırıla bilər, Son dövrlərdə ikinüvəli prosessorlar kiçik texnikada məsələn netbuk və planşet kompüterlərdə istifadə edilir.

Hansı Əməliyyat Sistemi İlə Çalışır:

Optimus 2X Smartfonu Android 2.2 (Froyo) ilə çalışır, amma bir qədər sonra Android 2.3 (Gingerbread) Əməliyyat Sistemilə yenilənəcək.

Səciyyəvi Xüsusiyətləri:

4 dyüm diaqonallı WVGA ekranı var;
Qurğunun arxa panelində 8 megapikselli, ön panelində 1,3 megapikselli (video rabitə üçün) kamera yerləşir;
8 Gb daxili yaddaşı var, onu 32 Gb-a qədər həcmdə olan microSD yaddaş kartları ilə artırmaq da mümkündür;
USB 2.0, HDMI oyuqları mövcuddur.

Smartfon eləcə də 1080p çözünürlüklü HD video çəkmək və göstərmək imkanına malikdir.

Smartfon 2011-ci ilin yanvarında Koreyada, bir qədər sonra isə Asiya və Avropa ölkələrində satışa çıxacaq, dəyəri haqqında isə konkret informasiya verilməmişdir