www.nice.az > Xəbərlər > ABŞ buz bağlayıb

ABŞ buz bağlayıb


20 dekabr 2010. Müəllif: Ayla_girl
ABŞ buz bağlayıb

ABŞ buz bağlayıb

Yüzlərlə təyyarə reysi ləğv edilib, yollar bağlanıb, stadionun damı çöküb

Yüzlərlə təyyarə reysi ləğv edilib, yollar bağlanıb, stadionun damı çöküb

Avropanı cənginə alan şaxtalı və qarlı hava Amerika Birləşmiş Ştatlarına da çatıb. Xüsusilə, Çikaqo və ətrafında olan yaşayış məntəqələri şaxtalı havadan daha çox əziyyət çəkirlər. Bu bölgədə hər şey demək olar ki, tamamilə qar və buz altında qalıb. Ağacların budaqlarından belə buz parçaları sallanıb. Şəhərdə küləyin sürəti saatda 64 km-ə kimi artıb. Sərt hava şəraiti ilə bağlı ancaq Çikaqoda 1500 təyyarə reysi ləğv edilib.
Minnepolis şəhərindəki "Minneapolis" stadionu da qardan ziyan görüb. Belə ki, stadionun yumşaq materialdan olan damı 45 sm -lik qara tab gətirməyərək çöküb. Stadionda oynanılması nəzərdə tutulan oyunlar təxirə salınıb.
Amerika Milli Meteorologiya Departamenti bəzi ştatlarda qar fırtınası xəbərdarlığı edib. İllinois, Lova, Miciqan, Minnesota və Viskonsin əyalətlərində qar fırtınası nəticəsində minlərlə ev elektrik enerjisiz qalıb, yollar bağlanıb.