www.nice.az > Xəbərlər > Ancelina Coli ilə Bred Pitt toy edəcəklər
Ancelina Coli ilə Bred Pitt toy edəcəklər18 dekabr 2010. Müəllif: MuXa |
Ancelina Coli ilə Bred Pitt Hindistanda hind adəti ilə toy edəcəklər Hollivudun ən aparıcı cütlüklərindən biri olan Ancelina Coli və Bred Pitt 2011-ci ilin əvvəllərində Hindistanın Codpur şəhərində hind adət-ənənəsinə uyğun olaraq toy etmək qərarına gəliblər. Krişnaidlərin baş kahini Ram Lal Siyaqın başçılığı ilə keçiriləcək toy mərasimində aktyorlar atəşin başına dövrə vuracaqlar. Baş kahin bununla bağlı açıqlama verməkdən imtina edib. Lakin digər qaynaqlar deyiblər ki, artıq toy hazırlıqları sürətlənməyə başlayıb. Bundan başqa, cütlük həmçinin soyadlarını da dəyişmək qərarına gəliblər. Belə ki, toydan sonra onların soyadı Coli-Pitt olacaq |