www.nice.az > Xəbərlər > Qiyamət Qopacaq (ALLAH Eləməsin)

Qiyamət Qopacaq (ALLAH Eləməsin)


15 dekabr 2010. Müəllif: HiTMaN
Qiyamət Qopacaq (ALLAH Eləməsin)

Qiyamət qopacaqmı?

Elm adamlarının Günəşdə aylardır yaşanan partlamaların təsirini artıraraq dijital qiyamət qopacağı istiqamətindəki şərhləri doğru çıxdı. NASA yaşanan partlamanın indidən günəşin yarımkürəsini əhatə etdiyini bildirdi. NASA Günəşdə Avqustun 1də meydana gələn partlama üzərində etdikləri analizlərdə partlamanın günəşin bir yarımkürəsini əhatə etdiyini açıqladı. NASA-nın internet saytından açıqladığı məlumata görə maqnitik liflər və partlamalar günəş kürəsini bir şəbəkə kimi əhatə edərkən, şok istilik dalğaları sunamilər kimi bütün günəş yarımkürəsi boyunca yayıldı.

Kosmos alovlandı

Bu fəaliyyətlər Günəşin kosmosa, milyardlarla ton isti qaz daşıyan dalğalar göndərməsinə gətirib çıxardı. NASA səhifəsindəki xəbərdə, ''Bu fəaliyyət o qədər böyük idi ki Günəş fəaliyyətlərinə bağlı köhnə fikirləri sarsıda bilər'' deyildi. Astrofizik Laboratoriyasından Karel Schrijver isə, ''1 Avqustdakı bu hadisə gözlərimizi açdı'' deyə danışdı. Bu şərhlər elm adamlarının günəşdə yaşanacaq partlamaların kosmosda radiasiya təsiri yaratdığını və bunun dijital qiyamətə səbəb olacağı fikirlərini də haqlı çıxardı.

Dünyaya çatması 8 dəqiqə

Partlama nəticəsi Günəşdən çıxan parçacıqlar Dünyaya təxminən 8 dəqiqədə çatır. Dünyaya çatan bu parçacıqlar atmosferin ionosfer təbəqəsinə təsir edərək radio dalğalarının mesajını pozub xəbərləşmə peyklərinin orbitlərində dəyişikliyə səbəb olur. Elm adamları bu ehtimalların 2012 ya da 2013 də yaşanacağı fikirindədir.

Hava yolu şirkətləri sərnişinləri xəbərdar etməlidi

İstanbul Universiteti Ümumi Astronomiya Fundamental elm sahəsi Başçısı Prof. Dr. Türker Özkan, son vaxtlarda günəşdə meydana gələn partlamaları buz dağının görünən qisimi olaraq xarakterizə etdi. Özkan "Əsl böyük partlamalar bundan sonra olacaq. Bundan xəbərləşmə sistemləri mənfi təsirlənəcək. Partlamaların artmasıyla birlikdə təyyarələrdə radiasiya nisbəti artacaq. Bu da sağlık sorunlarına yol aça bilər" dedi