www.nice.az > Xəbərlər > İradə atasının ölümündən niyə xəbər tutmadı?

İradə atasının ölümündən niyə xəbər tutmadı?


15 dekabr 2010. Müəllif: GHoSTMaN
İradə atasının ölümündən niyə xəbər tutmadı?

İki gün əvvəl İstanbuldan Bakıya gələn müğənni İradə İbrahimova atasının ölüm xəbərini burada öyrənib.Xatırladaq ki, sənətçi xanımın atası 41 gün əvvəl dünyasını dəyişib, lakin müğənni bu haqda Bakıya gələn zaman xəbər tutub. Müğənninin mətbuat katibi məsələyə aydınlıq gətirərək bildirib ki, atası rəhmətə gedən vaxtda İradə xanım ana olmaq ərəfəsindəydi. Hamiləliyinin son günlərini yaşayan İradənin səhhətinə, doğuş prosesinə pis təsirini göstərməməsi üçün bu qara xəbəri ondan gizlədiblər.

«Ailəsi bu xəbərdən stersə düşəcəyini düşünüb, xəbəri ondan bir müddət gizlətmək qərarına gəlib. Eyni zamanda həkiminin müğənnninin hamiləliyinin son günlərində təyyarəyə minməməsi tövsiyəsi də onun uzaq səfərlərə çıxa bilməməsinə səbəb idi. Bir müddət əvvəl atasının ağır xəstəlikdən müalicə alması ilə İrandan Bakıya gətirildiyi xəbərini alan müğənni həyat yoldaşı Ceyhun bəylə Bakıya gəlib və ölüm xəbərini öyrənib» – deyə mətbuat əlaqələndiricisi qeyd edib.

Ötən gün isə atasının 40 mərasimində iştirak edən İradə İbrahimova ata itgisindən bərk sarsılıb. Xatırladaq ki, ötən ay ana olan müğənni qızının sənəd işləri qısa zamanda həll edilə bilmədiyi üçün qızı İpəyi özü ilə Bakıya gətirə bilməyib. Bakıda olduğu müddətdə onun övladı ilə qaynanası və uşağın dayəsi məşğul olur.