www.nice.az > Xəbərlər > Maykl Ceksonun qulağı əriyib
Maykl Ceksonun qulağı əriyib15 iyun 2009. Müəllif: H5N1 |
Getdikcə eybəcərləşən popstar bunları gizləmək üçün saçını uzadıb Bütün dünyada məşhur olan müğənni Maykl Ceksonun səhhəti ilə bağlı problemlər gündən-günə artır. Lent.az-ın məlumatına görə, bir vaxtlar qaradərili olan, rəngini və xarici orqanlarını dəyişdirmək üçün onlarla dəfə bıçaq altına yatan popstar indi bunun cəzasını çəkir. Başı qalmaqallardan açılmayan müğənnin bir müddət əvvəl sağalmaz xəstəliyə tutulduğu, bütün bədəninin yara tökdüyü və bunun keçici olduğu barədə məlumatlar yayılmışdı. Üz cizgiləri tamamən dəyişən və eybəcərləşən popstarın indi də qulağının forması dəyişməyə başlayıb. Deyilənlərə görə, bir vaxtlar burnunun formasını dəyişmək üçün qulaq qığırdaqlarından istifadə edilib. Nəticədə müğənninin qulağı yığılmağa başlayıb. Cekson qulağını gizlətmək üçün saçlarını uzatsa da, əməyi boşa gedib. Jurnalistlər onu Kaliforniyada xəstəxanadan çıxarkən görüntüləyə biliblər. Qeyd edək, popstarın burnunun da forması eybəcərləşib. ![]() ![]() ![]() ![]() |