www.nice.az > Xəbərlər > Heydər Əliyevin vəfatından 7 il ötür
Heydər Əliyevin vəfatından 7 il ötür12 dekabr 2010. Müəllif: M1rZ3 |
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatından 7 il ötür. APA-nın məlumatına görə, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunacaq. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. ![]() Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.. ![]() 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.. ![]() O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.. ![]() Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.. Deyirlər dahilər yüz ildən, min ildən bir dünyaya gəlir.. Böyük tarixi olan Azərbaycan əsrlər boyu çox dahilər yetişdirmişdi.. Ancaq belə dahi insan dünyaya nə gəldi, nədə çətin ki bundan sonra gələ.. Mən həmişə onunla fəxr etmişəm, bu gün də fəxr edirəm.. Necə ki o, Azərbaycanlı olduğu üçün fəxr edirdi! ![]() Bu məqamda ürəyimdən Leyla Əliyevanın yazdığı şeir keçdi.Onu sizlərlə bölüşməliyəm: Könüllər yaşadır gur nəfəsini Sənsiz hər bir anın öz həsrəti var Müqəddəs səsinin xatirəsini Anlada bilərmi çağlıyan çaylar?? ☆☆☆ Nurunu gözümdə saxlayım necə Möcüzə yaratmaq gəlmir əlimdən Parçalan ey zülmət, çəkil ey gecə Günəşə qovuşmaq istəyirəm mən ☆☆☆ Bulud karvanına qoşulub gəlim Axtarıb arayım qovuşum sənə Mən sənsiz qalandan hər ötən günüm Sənsiz necə keçir danışım sənə ☆☆☆ Dön gəl qəlbimdə yer saxlayaram Zülmət gecələrim dönər sabaha Mən sənə sarılıb qucaqlayaram Qoymaram heç yerə gedəsən daha! |