www.nice.az > Xəbərlər > Maraqlı xəbərlər

Maraqlı xəbərlər


8 dekabr 2010. Müəllif: HiTMaN
Maraqlı xəbərlər

Türkiyədə şirkətlərdən biri metal və dəri cild üzərində svarovski daşlarla bəzədilmiş “Qurani Kərim” hazırlayıb. “İhlas” agentliyi (İHA) istinadən xəbər verir ki, başda ərəb ölkələri olmaqla dünyanın bir çox yerindən “Acar Group” tərəfindən hazırlanan bu xüsusi “Qurani Kərim” üçün sifarişlər verilir. Qiymətli daşlarla bəzədilmiş müqəddəs kitabın qiyməti 1500 dollardır

***

"Yanko Design" şirkəti havada duraraq enerjisini bərpa edən telefon hazırlayıb. "Syber Time" istinadən bildirir ki, "Yan Design" şirkəti mobil telefonların akkumulyatorlarındakı enerjini bərpa etmək üçün yeni qurğu və mobil telefon hazırlyıb. Sanki fantastik romanların süjetindəki alətə bənzəyən bu qurğu zahirən "iPhone"nu xatırladan telefonla birlikdə satılacaq. Mobil telefon maqnit enerjidoldurma qurğusu vasitəsilə sürəkli işləmək imkanı əldə edir. Dizaynın müəllifləri İn Oh Yu və Sun Vonq Ohdur

***

ABŞ-ın Milli kino tənqidçiləri şurası «Sosial şəbəkə» («Facebook») filmini ilin filmi seçib. RİA «Novosti»nin istinadən verdiyi məlumata görə, filmin rejissoru Devid Finçer öz növbəsində «Ən yaxşı rejissor» nominasiyasının qalibi olub. Ən yaxşı kişi rolu və ən yaxşı senariyə görə də mükafatlar «Facebook»a qismət olub

***

“Opel” şirkətinin mühəndisləri avtomobillər üçün yeni aksesuar - “qar corabı” hazırlayıb. “novgorodauto.ru”nun istinadla xəbərinə görə, bu tip “corab” avtomobilin qış şəraitində istismar olunmasına imkan verir. “Qar corabı” (Snow Sock) təkərin üzərinə keçirilən cod çexoldan ibarətdir. Yeni ixtiranı söküb-taxmaq asandır və o, avtomobilin baqajında böyük yer tutmur